Rəsmi Bakı Ermənistana təqdim olunan təklifin bəndlərini AÇIQLADI

“Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in “Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh danışıqları ilə bağlı Minsk Qrupunun həmsədrlərinə müraciət etdiyini bildirib. Ermənistanı müəyyən addımlar atmağa vadar edən, bu baza prinsipləri barədə daha ətraflı məlumat əldə etmək olarmı?” sualını cavablandırarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Ermənistana ünvanladığı 5 ŞƏRT hansılardır? 


Onun sözlərinə görə, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib:

“Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.

Leyla Abdullayeva bildirib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var

Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var

Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Azərbaycanda ən etibarlı BANKLAR hansılardır? – MÜHÜM AÇIQLAMA

Azərbaycanda ən etibarlı BANKLAR hansılardır? – MÜHÜM AÇIQLAMA

Bakıda mağazadan qızıl oğurlayan qadın kameraya düşdü – ANBAAN VİDEO

Bakıda mağazadan qızıl oğurlayan qadın kameraya düşdü – ANBAAN VİDEO

Məhəmməd adı Avropada yeni doğulanlar arasında ən populyar olub - FOTO

Məhəmməd adı Avropada yeni doğulanlar arasında ən populyar olub - FOTO

Rusiya ilk dəfə Ukraynanın “Flaminqo” raket zərbələrini təsdiqlədi

Rusiya ilk dəfə Ukraynanın “Flaminqo” raket zərbələrini təsdiqlədi

ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

Daha bir nəfər dəm qazının qurbanı oldu

Daha bir nəfər dəm qazının qurbanı oldu

Çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: 15 gün ərzində...

Çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: 15 gün ərzində...

“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Arda Güleri kəşf edən şəxsdən rezonans doğuran AÇIQLAMA

Arda Güleri kəşf edən şəxsdən rezonans doğuran AÇIQLAMA

Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

Pezeşkian nə qədər maaş alır? – ÖZÜNDƏN AÇIQLAMA

Pezeşkian nə qədər maaş alır? – ÖZÜNDƏN AÇIQLAMA

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

"Həmin qadın qocalar evində öldü"

"Həmin qadın qocalar evində öldü"

Azərbaycanda balıq bahalaşdı

Azərbaycanda balıq bahalaşdı

bp-də çalışan azərbaycanlıların sayı açıqlanıdı

bp-də çalışan azərbaycanlıların sayı açıqlanıdı

End of content

No more pages to load

RADİO