Metyu Brayza ABŞ-ın Rusiyaya qarşı KONKRET NİYYƏTİNİ açıqladı - MÜSAHİBƏ

Rusiya-Ukrayna müharibəsi bütün dünya gündəmində indi birinci məsələdir. Hətta bu münaqişənin fonunda artıq COVİD-19 kimi daha bəşəri faciə unuturulub. Bu hadisələrin öz ardıcıllığı var, sözümüz onda deyil. İndi bizi daha çox məşğul edən Rusiya-Ukrayna qarşıdurması ilə bağlı ABŞI-n Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə danışdıq.

Diplomat Bizim.Media ilə söhbəti əsnasında ABŞ-ın Rusiyaya qarşı əsas zərbə nöqtəsini açıqladı:

- Cənab Brayza, sizcə Ukraynada hal-hazırda baş verən müharibə nə vaxta kimi davam edə bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayza: “2022-ci ildə ABŞ Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək”


- Ukraynadakı müharibənin nə vaxt bitəcəyini Vladimir Putindən başqa heç kim bilmir. Ukrayna ordusunun və xalqının müharibəyə olan münasibəti də həlledici faktorlardan ola bilər. Doğrusu Putin Ukraynada belə bir münasibətlə qarşılaşacağını gözləmirdi. Onun bütün gözləntiləri Rus ordusunun şanlı qələbəsinə hesablanmışdı. Putinin gözlədiyi real bir nəticə vardı ki, Ukrayna ordusu qısa bir zamanda çökəcək, lakin buna müvəffəq olmadı. Hazırda Xarkov, Mariupol, həmçinin də Odessada şiddətli döyüşlər gedir. Təəssüflər olsun ki Ukraynadakı yaşamın iflic olma təhlükəsi var. Prezident Putinin yaratdığı bu dəhşətli situasiya nəticəsində xeyli sayda Rusiyalı və Ukraynalı hərbiçilər, eyni zamanda da Ukraynadakı sivil insanlar öz həyatlarını itirməkdədir. Avropada Hitlerin 1941-1945-ci illərdə apardığı müharibədən sonra Ukraynadakı kimi dəhşətli ölüm və qətliamlara səbəb olan mühariəbə olmamışdı.

- Bu gün Amerika və Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı bir çox sanksiyalar həyata keçirilir. Bəs sanksiyalardan sonra Rusiyanın iqtisadi və sosial vəziyyəti necə ola bilər?

- Qeyd etdiyiniz bu sanksiyalar Rusiyanın başladığı müharibəni dayandırmaq üçün həyata keçirilir. Düşünürəm ki, əgər sanksiyalar bu tempdə davam edərsə çox qısa zamanda Rusiyanın mövcud iqtisadiyyatı dağılmış olacaq. Əgər biz bu sanksiyalara qısa olaraq nəzər salsaq görərik ki  Şell, Total, BP kimi Ruiya iqtisadiyyatında aparıcı rol oynayan neft şirkətləri orada fəaliyyətini dayandırıb.

Rusiyaya ABŞ, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrin uçuşları dayandırılıb. Hətta Mc Donald’s, Sturbucks kimi brend şirkətlər də bu sanksiyalar siyahısına daxildir. Mən bu siyahını daha da uzada bilərəm və son nəticədə bu Rusiya üçün milyardlarla itki deməkdir.

Son üç həftə ərzində Rusiya iqtisadiyyatı demək olar ki 50 faiz azalıb. İqtisadiyyat isə müharibədə ən aparıcı amildir. Bu sanksiyalardan Rusiya dövləti ilə yanaşı orada yaşayan insanlar da əziyyət çəkəcəklər. Onların yaşam xərcləri ikiqat artacaq. Nəticədə Rusiya dünyadan təcrid olmaqla yenidən Sovet İttifaqındakı yaşam tərzinə qayıdacaq.

- Uzun illərdir ABŞ İrana qarşı bir çox sanksiyalar həyata keçirir və İran bu sanksiyalara dözür. Ola bilərmi ki, Rusiya rəhbərliyi də məhz İranı prioritet götürərək sanksiyalardan qorxmasın?

- Doğru vurğulayırsınız. İran  illərdir sanksiyalar altındadır. Amma bu sanksiyalar İran iqtisadiyyatını iflic etməyi hədəfləməmişdi. Sanksiyalar İranı danışıqlar masasına əyləşdirmək üçün aparılırdı. İran uzun illərdir nüvə gücü proqramını həyata keçirməyə çalışır, amma bu da müasir dünya tərəfindən qəbuledilməzdir.

Lakin tətbiq edilən sanksiyalar öz uğurlu nəticələrini verdi. İran rejimi nüvə proqramının icrasının sonunda uğurlu nəticələr əldə edə bilmədi.

Rusiyaya tətbiq olunan sanksiyalar isə nüvə ilə bağlı deyil və İrana tətbiq olunanlardan daha ağırdır. Bu sanksiyalar Rusiyanın iqtisadi dayanıqlılığını qıracaq. Sanksiyalardan əziyyət çəkən hər bir Rusiya vətəndaşı isə hökümətə nifrət etməyə başlayacaq. Və bir azdan orada səfalət içində yaşayan insanlar Putinə qəzəblərini gizlətməyərək etiraz edəcəklər.

- Sonuncu sualımız isə sizin də yaxın günlərdə iştirak etdiyiniz “Antalya Diplomatik Forumu” ilə bağlıdır. Sizcə forum siyasi müstəvidə gözlənilən nəticələri verə bildimi?

- Orta Şərq, Karib dənizi hövzəsi və Çinlə bağlı gözləntilərimiz öz nəticəsini verdi. Müzakirələrin əsas mövzusu isə təbii ki, Rusiyanın Ukraynanı işğala yönələn ədalətsiz mövqeyi ilə bağlı oldu. Enerji mübadiləsi ilə bağlı isə deyərdim ki, fantastik müzakirələrimiz alındı.

Panel müzakirələrdə hamıya maraqlı olan Əfqanıstan və Özbəkistan kimi müasir siviizasiya ilə ayaqlaşa bilməyən ölkələrin baş nazirləri də iştirak edirdilər. Forumun başlıca məqsədi isə dünyanın müxtəlif ölkələrindən olan siyasi şəxslərin dialoq və müzakirələrini təmin etmək idi.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var

Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var

Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Azərbaycanda ən etibarlı BANKLAR hansılardır? – MÜHÜM AÇIQLAMA

Azərbaycanda ən etibarlı BANKLAR hansılardır? – MÜHÜM AÇIQLAMA

Bakıda mağazadan qızıl oğurlayan qadın kameraya düşdü – ANBAAN VİDEO

Bakıda mağazadan qızıl oğurlayan qadın kameraya düşdü – ANBAAN VİDEO

Məhəmməd adı Avropada yeni doğulanlar arasında ən populyar olub - FOTO

Məhəmməd adı Avropada yeni doğulanlar arasında ən populyar olub - FOTO

Rusiya ilk dəfə Ukraynanın “Flaminqo” raket zərbələrini təsdiqlədi

Rusiya ilk dəfə Ukraynanın “Flaminqo” raket zərbələrini təsdiqlədi

ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

Daha bir nəfər dəm qazının qurbanı oldu

Daha bir nəfər dəm qazının qurbanı oldu

Çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: 15 gün ərzində...

Çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: 15 gün ərzində...

“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Arda Güleri kəşf edən şəxsdən rezonans doğuran AÇIQLAMA

Arda Güleri kəşf edən şəxsdən rezonans doğuran AÇIQLAMA

Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

Pezeşkian nə qədər maaş alır? – ÖZÜNDƏN AÇIQLAMA

Pezeşkian nə qədər maaş alır? – ÖZÜNDƏN AÇIQLAMA

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

"Həmin qadın qocalar evində öldü"

"Həmin qadın qocalar evində öldü"

Azərbaycanda balıq bahalaşdı

Azərbaycanda balıq bahalaşdı

bp-də çalışan azərbaycanlıların sayı açıqlanıdı

bp-də çalışan azərbaycanlıların sayı açıqlanıdı

End of content

No more pages to load

RADİO