Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR

Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə dini təriqətlərin cəmiyyətə və dövlət idarəçiliyinə təsiri uzun illərdir siyasi müzakirələrin əsas mövzularından biridir. Əvvəllər əsasən dini təbliğat, Quran kursları və tələbə yataqxanaları vasitəsilə fəaliyyət göstərən bu strukturların bir qismi zamanla təhsil, səhiyyə, media, nəşriyyat, turizm və ticarət sahələrində genişlənərək böyük iqtisadi şəbəkələrə çevriliblər. Onların dövlət qurumları ilə əməkdaşlığı, bürokratiyada kadrlaşma və ictimai resurslardan istifadə imkanları isə olduqca yüksək səviyyədədir.

FETÖ təcrübəsi: Dövlət daxilində paralel struktur riski

Türkiyədə dini şəbəkələrin dövlət idarəçiliyinə təsiri müzakirə edilərkən Fətullah Gülən hərəkatının təcrübəsi xüsusi əhəmiyyət daşıyır.

Uzun illər ərzində təhsil müəssisələri, media qurumları, biznes strukturları və müxtəlif ictimai təşkilatlar vasitəsilə genişlənən bu şəbəkə ayrı-ayrı dövlət institutlarında da kadr potensialı formalaşdırmışdı. Türkiyə hakimiyyəti ilə vaxtilə əməkdaşlıq edən hərəkatla münasibətlər sonradan kəskin şəkildə dəyişdi.
 

2016-cı il 15 iyul çevriliş cəhdindən sonra Ankara FETÖ-nü dövlət daxilində paralel struktur yaratmaqda və çevriliş cəhdini təşkil etməkdə ittiham etdi. Bundan sonra dövlət qurumlarında genişmiqyaslı təmizləmələr aparıldı və çoxsaylı şəxslər vəzifələrindən uzaqlaşdırıldı.


Lakin FETÖ-dən sonra ortaya çıxan mənzərə əvvəlkidən elə də fərqlənmir.

Çünki “Fetullahçı”lardan boşalan yerlər digər təriqət nümayəndələri tərəfindən doldurulub. Üstəlik, nazirliklərin də faktiki olaraq təriqətlər arasında bölündüyü ilə bağlı məlumatlar Türkiyə mətbuatı tərəfindən zaman-zaman ictimailəşdirilib.

Tolga Şardanın “T24” nəşrində dərc olunan məqalələri Daxili İşlər Nazirliyi və Emniyet (Polis) təşkilatındakı cemaat kadrlaşmaları və klikləşmələrlə bağlı bir sıra faktları ifşa edib. Onun araşdırmasına görə Ədliyyə və Daxili İşlər Nazirliklərində Hak-Yolcular (İskenderpaşa cemaati) və İsmailağa Cemaati kimi qruplar özünəməxsus kadr şəbəkəsi yaradıblar.

Saygı Öztürkün "Menzil: Bir Tarikatın Derin Devlet Hikayesi" kitabında isə Səhiyyə Nazirliyində xüsusilə Menzil təriqətinin (Naqşibəndi təriqətinin Xəznəvi/Menzil qolu) böyük nüfuz qazandığı qeyd olunub.

Milli Təhsil və Dəyanət İşləri Nazirliyində əsas söz sahibləri isə Süleymançılar və nurçuların digər qollarıdır.

Dəyanətin gizli hesabatı: “İkinci FETÖ” riski

2019-cu ildə Türkiyənin Aydınlık qəzetində dərc olunan və daha sonra Kaynak Yayınları tərəfindən “Diyanet’in Gizli Tarikatlar Raporu” adı ilə kitab şəklində nəşr edilən sənəddə ölkədəki çoxsaylı dini təriqət və camaatların fəaliyyəti təhlil edilib.
 

Hesabatda Süleymancılar dini icması ilə bağlı xüsusi xəbərdarlıqlar yer alıb. Sözügedən məlumatlara əsasən, icmanın dövlət iyerarxiyasından kənar, öz daxili rəhbərlik strukturuna tabe olan qapalı təşkilatlanma modelinə malikdir və bu xüsusiyyətlərinə görə “ikinci FETÖ” riski yarada bilər.


Hesabatda, həmçinin, icmanın daxili təşkilatlanmasında hərbi terminologiyadan istifadə edildiyi, bölgə və vilayət rəhbərlərinin “Kolordu Komutanı” və “Tümgeneral” kimi adlandırıldığı bildirilir.

Sənəddə Süleymancıların Dəyanət İşləri Nazirliyinin rəsmi dini yanaşmasını qəbul etmədikləri və dövlət qurumlarında nüfuz qazanmaq meyilləri ilə bağlı narahatlıqlar əks olunub.

Süleymançılarla bağlı istintaq: Köhnə problemin yeni mərhələsi

2026-cı ilin avqustunda Süleymançılar dini icmasına qarşı aparılan istintaq Türkiyədə təriqətlərin maliyyə və təşkilati fəaliyyətini yenidən gündəmə gətirdi.

Ankara Baş Prokurorluğunun istintaqı çərçivəsində icmanın lideri Alihan Kuriş də daxil olmaqla çoxsaylı şəxslər məsuliyyətə cəlb olunub. Əməliyyatlar 17 vilayəti əhatə edib və mütəşəkkil cinayət, maliyyə cinayətləri, çirkli pulların yuyulması, dövlət qurumlarının aldadılması və vergi qanunvericiliyinin pozulması ilə bağlı iddiaların istintaq çərçivəsində araşdırılıb.

Sonrakı mərhələdə 11 şirkət və üç dərnəyə qəyyum təyin edilib, avqustun sonuna qədər istintaq çərçivəsində 81 nəfərin həbs olunduğu açıqlanıb.

Dövlət və təriqət əməkdaşlığı: Təhsil üzərindən genişlənən təsir
 

Türkiyədə dini vəqf və dərnəklərin fəaliyyətində təhsil sektoru xüsusi yer tutur. Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekinin açıqlamasına görə, ölkənin təhsil ocaqlarında 676 fond və birlik fəaliyyət göstərir.


Milli Təhsil Nazirliyi (MEB) müxtəlif dövrlərdə Ensar Vəqfi, TÜRGEV, TÜGVA, İlim Yayma Cəmiyyəti və Hayrat Vəqfi kimi təşkilatlarla əməkdaşlıq protokolları imzalayıb. Bu əməkdaşlıqların əhatə dairəsinə sosial-mədəni tədbirlər, seminarlar, dəyərlər təhsili və müxtəlif maarifləndirmə layihələri daxildir.

Xüsusilə ÇEDES — “Ətraf mühitə həssasam, dəyərlərimə sahib çıxıram” layihəsi çərçivəsində Milli Təhsil Nazirliyi, Diyanət İşləri Başqanlığı və Gənclik və İdman Nazirliyinin birgə fəaliyyəti mübahisələrə səbəb olub. Bu layihə çərçivəsində məktəblərə "mənəvi danışman" adı altında din xadimləri və vəqf nümayəndələri təyin olunub. Layihə çərçivəsində məktəblərdə mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlərin həyata keçirilməsi dünyəvi təhsil prinsipinin müdafiəçiləri və müəllim həmkarlar ittifaqları tərəfindən sərt tənqid edilib.

Tənqidlərin əsasını dövlət məktəblərində təhsil prosesinin həyata keçirilməsində dini qurumların rolunun genişlənməsi və uşaqların dünyagörüşünün formalaşmasına təsir imkanlarının artması ilə bağlı narahatlıqlar təşkil edir.

Təriqətdən holdinqə: İqtisadi gücün genişlənməsi

Bu gün Türkiyədə təriqətlərin ətrafında formalaşan iqtisadi şəbəkələr müxtəlif sahələrdə fəaliyyət göstərərək maliyyə dayanıqlığı və təşkilati müstəqillik əldə ediblər.
 

Menzil camaatına bağlı olan Semerkand Şirkətlər Qrupu bu modelin nümunələrindən biridir. Qrup media, nəşriyyat, turizm, qida və səhiyyə sahələrində fəaliyyət göstərir.


İsmailağa camaatı isə "Fatihlılar", "İsmailağa İlim ve Hizmet Vakfı" kimi strukturlar vasitəsilə nəşriyyat, geyim sektoru, qida və özəl kurslar şəbəkəsini idarə edir.

“İşıkçılar” təriqətinə bağlı İhlas Qrupu da media, tikinti, məişət texnikası və təhsil sahələrində fəaliyyət göstərən iri iqtisadi strukturdur. Onun fəaliyyəti dini şəbəkələrin müasir korporativ iqtisadiyyatla necə əlaqələnə bildiyini göstərən nümunələr sırasındadır.

Büdcə və ictimai resurslar: Maliyyələşmə sxemi

Təriqətlərə yaxın vəqf və dərnəklərin iqtisadi imkanları ilə bağlı müzakirələrin digər istiqaməti dövlət və bələdiyyə resurslarından istifadə məsələsidir.

Türkiyədə qanunvericilik müəyyən şərtlərlə ictimai fayda məqsədilə fəaliyyət göstərən vəqf və dərnəklərə yardım edilməsinə, onlarla birgə layihələrin həyata keçirilməsinə və bəzi hallarda dövlət əmlakından güzəştli şərtlərlə istifadəyə imkan verir. Dövlət tərəfindən vəqflərin bir çoxuna "İctimai mənafeyə xidmət edən vəqf/dərnək" statusu verilib. Lakin bu mexanizmlərdən kimin, hansı meyarlarla və nə qədər faydalandığı məsələsi qeyri-müəyyəndir.
 

Bundan əlavə, dövlət təriqətlərə və vəqflərə bağlı olan özəl İmam Hatip liseylərinə, tələbə yataqxanalarına və özəl məktəblərdə oxuyan şagirdlərə adambaşına maddi subsidiyalar ödəyir.


2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin əvvəlki idarəçilik dövründə vəqf və dərnəklərlə münasibətlərə dair açıqladığı hesabat bu müzakirələrin diqqətçəkən nümunələrindən biri olub. Hesabatda TÜRGEV, TÜGVA, Ensar Vəqfi və İlim Yayma Cəmiyyəti kimi təşkilatların bina icarəsi, tikinti, nəqliyyat, yemək və təmir xərcləri ilə əlaqədar bələdiyyə resurslarından faydalandığı öz əksini tapıb.

Uşaq hüquqları və yataqxanalarda baş verən dəhşətlər

Təriqətlərin sosial təsir imkanlarının əsasını tələbə yataqxanaları və dini kurslar təşkil edir. Türkiyədə dini vəqflərin yataqxanalarında baş verən cinsi istismar və təcavüz halları isə mütəmadi xarakter alıb.

Məsələn, Karaman vilayətində 2012–2015-ci illərdə Ensar Vəqfi və İmam Hatip Liseyi Məzunları Dərnəyinə aid yataqxanalarda qalan oğlan uşaqlarının cinsi istismara məruz qalması ilə bağlı qalmaqal geniş ictimai rezonans doğurmuşdu. Hadisə ilə bağlı materiallarda 45 uşağın təcavüzə məruz qaldığı qeyd olunub. Lakin Vəqf rəhbərləri cinayət işi çərçivəsində hər hansı məsuliyyətə cəlb olunmayıblar.

2024-cü ildə isə Bursa vilayətində İsmailağa icması ilə əlaqəli Uluçınar dərnəyinin yataqxanalı Quran kursunda da azyaşlı uşaqlara qarşı cinsi istismara məruz qaldırları üzə çıxdı. Uşaqlar kursda qalan 16 yaşlı yeniyetmənin zorakılığına məruz qalmışdılar. Hadisənin ən ağır tərəflərindən biri uşaqların baş verənləri gizlətməyə sövq edildiklərinin üzə çıxması idi.

Təriqət rəhbərliyi azyaşlıları “əgər kiməsə desəniz, kursunuz bağlanar” sözləri ilə təhdid edərək məsələnin üstünü örtbasdır etməyə çalışıblar. Üstəlik, ailələr məsələdən xəbər tutan kimi hüquq-mühafizə orqanlarına məlumat versələr belə, rəsmilər də vəziyyəti gizlətməyə cəhd ediblər. Sonradan faktla bağlı istintaq başlasa da, barəsində ittihamlar olan kurs rəhbərliyi və təriqət nümayəndələrinin heç biri cəza almayıb.

Hakimiyyət niyə təriqətlərin qanunsuz əməllərinə göz yumur?
 

Təriqətlərin siyasi gücü yalnız dövlət qurumları ilə əlaqələrindən qaynaqlanmır. Onların sosial bazası siyasi proseslərdə böyük rol oynayır. Çünki Türkiyədə fəaliyyət göstərən təriqətlərin milyonlarla müridi var və onlar seçki dövründə potensial seçicilərdir. Məhz bu səbəbdən onların dəstəyini qazanmaq üçün hakim siyasi partiyalar təriqətlərin qeyri-qanuni fəaliyyətlərinə və uşaq yataqxanalarındakı özbaşınalıqlarına göz yummağa davam edirlər.


Siyasi maraqlara görə təriqətlərin şəbəkələşməsinə və dövlət qurumlarına nüfuz etməsinə göz yummaq isə gələcəkdə böyük problemlərə səbəb ola bilər. Eynilə FETÖ təcrübəsində olduğu kimi...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neftçalada DƏHŞƏT - Musiqiyə başı qarışan azyaşlı velosipedçi həyatını itirdi – VİDEO

Neftçalada DƏHŞƏT - Musiqiyə başı qarışan azyaşlı velosipedçi həyatını itirdi – VİDEO

Kiyevdə ENERGETİKA BÖHRANI — Bir dənə də olsun elektrik stansiyası qalmadı

Kiyevdə ENERGETİKA BÖHRANI — Bir dənə də olsun elektrik stansiyası qalmadı

Hindistanın XİN rəhbəri İlham Əliyevin qəbulunda – VİDEO

Hindistanın XİN rəhbəri İlham Əliyevin qəbulunda – VİDEO

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Toy hədiyyəsi kimi yataq dəsti yox, günəş paneli – Nigeriyada yeni dəb

Toy hədiyyəsi kimi yataq dəsti yox, günəş paneli – Nigeriyada yeni dəb

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti

Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti

Cəlilabadda güclü yanğın – FOTO

Cəlilabadda güclü yanğın – FOTO

Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR

Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR

Soyuğa olan allergiyası qadının həyatını dəyişdirdi – Dondurma yeyə bilmir, evdən çıxmaqdan qorxur

Soyuğa olan allergiyası qadının həyatını dəyişdirdi – Dondurma yeyə bilmir, evdən çıxmaqdan qorxur

Nyu-Yorkun Mərkəzi Parkında at arabası ilə gəzinti QADAĞAN EDİLİR - FOTO

Nyu-Yorkun Mərkəzi Parkında at arabası ilə gəzinti QADAĞAN EDİLİR - FOTO

Qara dənizdə azərbaycanlıların olduğu gəmi BATDI - Ölən var - VİDEO

Qara dənizdə azərbaycanlıların olduğu gəmi BATDI - Ölən var - VİDEO

Kupçasız evlər də sığortalanacaq - VİDEO

Kupçasız evlər də sığortalanacaq - VİDEO

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Valdas Dambrauskas ildə 50 kitab oxuyur

“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”

“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”

Üçtərəfli görüşün VAXTI AÇIQLANDI - Rusiya və Ukraynanın təhlükəsizliyi müzakirə olunacaq

Üçtərəfli görüşün VAXTI AÇIQLANDI - Rusiya və Ukraynanın təhlükəsizliyi müzakirə olunacaq

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Fermerlərin NƏZƏRİNƏ! Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR

Fermerlərin NƏZƏRİNƏ! Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR

Daşkəsənin Mollahəsənli kəndi köçürülür? – RƏSMİ AÇIQLAMA

Daşkəsənin Mollahəsənli kəndi köçürülür? – RƏSMİ AÇIQLAMA

Əli Məsimlidən TƏKLİF: “Fermerlərə aşağı faizlərlə kredit verilsin”

Əli Məsimlidən TƏKLİF: “Fermerlərə aşağı faizlərlə kredit verilsin”

Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs belə xilas edildi – ANBAAN VİDEO

"Mənə qonorar vermədi, özünə maşın aldı"

"Mənə qonorar vermədi, özünə maşın aldı"

Aqrar sahə ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər olacaq?

Aqrar sahə ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər olacaq?

End of content

No more pages to load

RADİO