İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTO/VİDEO

İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi – FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.

Bizim.Media xəbər verir ki, Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Fərhad müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illər öz sənətinizlə xalqımızı sevindirirsiniz, cəmiyyətdə böyük rəğbət qazanmısınız. Əsərləriniz dünyanın müxtəlif yerlərində nümayiş olunur. Siz Azərbaycanın gözəlliyini təsvir edirsiniz, ölkəmizi dünyada tanıdırsınız. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə müstəqillik illərində Azərbaycanın müasir ölkə, istedadlarla zəngin ölkə kimi tanıdılmasında sizin böyük rolunuz vardır. Eyni zamanda, siz gənc rəssamları yetişdirərək yeni nəsil rəssamlar yetişdirmisiniz. Onlar da sizin əsərlərinizdən ilhamlanıb öz istedadlarını göstərirlər.

Bir də 40 ilə yaxındır ki, Rəssamlar İttifaqının sədri kimi böyük fəaliyyət göstərirsiniz. Ölkəmizin ictimai həyatında da çox fəalsınız. Bütün məsələlərlə bağlı sizin çox gözəl vətəndaşlıq mövqeyiniz var, bunu da xalqımız yaxşı bilir. Sizi tanıyanlar həm sizə böyük hörmət bəsləyirlər, həm də ən xoş fikirlər ifadə edirlər, o cümlədən də mən. Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk.
 

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim.


Dövlətimizin başçısı “İstiqlal” ordenini Fərhad Xəlilova təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Fərhad Xəlilov: Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.

Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz.

Sonra çıxış edən Fərhad Xəlilov dedi: “Cənab Prezident, icazə verin, mənə verilən bu qiymətə, dövlətimizin qiymətinə görə Sizə dərin təşəkkürümü bildirim. Təşəkkür edirəm. Doğrudan da həyatımda çalışmışam ölkəmizə sədaqətli olum, əlimdən gələni edim, bundan sonra da edəcəyəm. Fürsətdən istifadə edərək deyirəm ki, xeyli vaxtdır görüşmürük. Ona görə də lap səmimi deyirəm, bir az darıxmışam. Amma fürsətdən istifadə edərək, hərdən Sizə yazıram.

Amma bu gün burada Sizə demək istəyirəm ki, Azərbaycan qısa zamanda bütün dünyaya sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Bu, doğrudan fantastik bir məsələdir. Ona görə ki, hələ bir neçə müddət bundan qabaq Azərbaycanı tanımırdılar, harada olduğunu bilmirdilər”.
 

Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı dedi:


“44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman - lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu.

Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram”.

Leyla Əliyevanın yaradıcılığından da söz açan, onun əsərlərinin böyük maraqla qarşılandığını bildirən Fərhad Xəlilov dedi:

“Biz Leyla xanımla Aşqabadda idik, orada səmimi dedim ki, mənim ən çox xoşuma gələn işlər bunlardır. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən bu gün Sizinlə görüşümə çox şadam ki, sizi belə gümrah, belə yaxşı formada görürəm”.

Prezident İlham Əliyev: Çox sağ ol, Fərhad müəllim. Xoş sözlərə görə təşəkkür edirəm. Siz Ulu Öndər haqqında danışdınız. Əlbəttə ki, o, mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim. Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də.
 

Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır. Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət.


Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz.

Fərhad Xəlilov: Çox sağ olun.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyevdə ENERGETİKA BÖHRANI — Bir dənə də olsun elektrik stansiyası qalmadı

Kiyevdə ENERGETİKA BÖHRANI — Bir dənə də olsun elektrik stansiyası qalmadı

Hindistanın XİN rəhbəri İlham Əliyevin qəbulunda – VİDEO

Hindistanın XİN rəhbəri İlham Əliyevin qəbulunda – VİDEO

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı

Toy hədiyyəsi kimi yataq dəsti yox, günəş paneli – Nigeriyada yeni dəb

Toy hədiyyəsi kimi yataq dəsti yox, günəş paneli – Nigeriyada yeni dəb

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti

Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti

Cəlilabadda güclü yanğın – FOTO

Cəlilabadda güclü yanğın – FOTO

Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR

Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR

Soyuğa olan allergiyası qadının həyatını dəyişdirdi – Dondurma yeyə bilmir, evdən çıxmaqdan qorxur

Soyuğa olan allergiyası qadının həyatını dəyişdirdi – Dondurma yeyə bilmir, evdən çıxmaqdan qorxur

Nyu-Yorkun Mərkəzi Parkında at arabası ilə gəzinti QADAĞAN EDİLİR - FOTO

Nyu-Yorkun Mərkəzi Parkında at arabası ilə gəzinti QADAĞAN EDİLİR - FOTO

Qara dənizdə azərbaycanlıların olduğu gəmi BATDI - Ölən var - VİDEO

Qara dənizdə azərbaycanlıların olduğu gəmi BATDI - Ölən var - VİDEO

Kupçasız evlər də sığortalanacaq - VİDEO

Kupçasız evlər də sığortalanacaq - VİDEO

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Valdas Dambrauskas ildə 50 kitab oxuyur

“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”

“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”

Üçtərəfli görüşün VAXTI AÇIQLANDI - Rusiya və Ukraynanın təhlükəsizliyi müzakirə olunacaq

Üçtərəfli görüşün VAXTI AÇIQLANDI - Rusiya və Ukraynanın təhlükəsizliyi müzakirə olunacaq

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Fermerlərin NƏZƏRİNƏ! Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR

Fermerlərin NƏZƏRİNƏ! Məhsul şəhadətnaməsi tətbiq olunacaq – DETALLAR

Daşkəsənin Mollahəsənli kəndi köçürülür? – RƏSMİ AÇIQLAMA

Daşkəsənin Mollahəsənli kəndi köçürülür? – RƏSMİ AÇIQLAMA

Əli Məsimlidən TƏKLİF: “Fermerlərə aşağı faizlərlə kredit verilsin”

Əli Məsimlidən TƏKLİF: “Fermerlərə aşağı faizlərlə kredit verilsin”

Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda təhlükəli anlar: Dənizə düşən şəxs belə xilas edildi – ANBAAN VİDEO

"Mənə qonorar vermədi, özünə maşın aldı"

"Mənə qonorar vermədi, özünə maşın aldı"

Aqrar sahə ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər olacaq?

Aqrar sahə ilə bağlı YENİ QANUN – Hansı dəyişikliklər olacaq?

ABŞ erməni sərhədçilərə avadanlıq bağışladı - Foto

ABŞ erməni sərhədçilərə avadanlıq bağışladı - Foto

End of content

No more pages to load

RADİO