Bakıda tələbə sahibkar atasını öldürdü – TƏFƏRRÜAT

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə həyatı qurub və bir müddət sonra Tacikistana köçüb.

O, uzun müddət Tacikistanda yaşayıb. Orada xırda ticarətlə məşğul olan İftixar daha sonra biznesini genişləndirib və istehsalçı sahibkar kimi fəaliyyətini davam etdirib. O, Tacikistanda vafli istehsalı sexi açıb.

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar İftixarın biznesi çöküb və o, 5 uşağı və həyat yoldaşı ilə Azərbaycana qayıdıb. İftixar Vəlizadə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda, valideynləri ilə birlikdə yaşamağa qərar verib. Biznesi çökən sahibkar psixoloji gərginlik keçirib və əsəb xəstəliyinə tutulub. Bundan sonra isə İftixar mütəmadi spirtli içki qəbul etməyə başlayıb.

Hər gün sərxoş vəziyyətdə evə gələn İftixar ailəsi ilə mübahisə etməyə başlayıb. Sonuncu dəfə o, evinə gələrkən böyük qızının küçədə oğlanla söhbət etdiyini görüb. O, evdə buna görə dava salıb və qızını döymək istəyib. Həmin vaxt evdə olan oğlu, Azərbaycan Idman Akademiyasının sağlamlıq və menecment fakültəsinin 1-ci kurs tələbəsi Ayxan Vəlizadə buna mane olmağa çalışsa da, İftixar sakitləşməyib. O, əvvəlcə stolda olan şüşə qabı qızına atıb, sonra isə taxta parçası ilə onu döyməyə başlayıb.

Ayxan isə atasının bu hərəkətlərinə mane olmağa çalışıb. İftixar bundan əsəbiləşərək mətbəxə keçib, bıçağı götürüb bütün ailə üzvlərinə hücum edib. Bu vaxt Ayxan atasının qarşısına keçərək, niyə belə əsəbiləşdiriyini soruşub. İftixar isə oğluna - "Get əxlaqsız anan və bacından soruş", - deyib. Atasının ailə üzvlərinə əxlaqsız deməsindən əsəbiləşən Ayxan bıçağı alaraq ona 4 dəfə zərbə endirib. Nəticədə İftixar ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ayxan Vəlizadə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Ayxan Vəlizadənin cinayəti qəsdən adam öldürmə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətidir. Məhkəmə belə qənaətə gəlib ki, Ayxan özünü və ailə üzvlərini müdafiə edərkən zəruri müdafiə həddini aşmaqla atasını öldürüb. Buna görə də onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Ayxan Vəlizadə 1 il 6 ay azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həzi Aslanov" metrostansiyasından istifadə edənlərə ŞAD XƏBƏR!

"Həzi Aslanov" metrostansiyasından istifadə edənlərə ŞAD XƏBƏR!

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ

Putin baş nazir Mixail Mişustinə 4 yeni müavin TƏYİN ETDİ

Sibel Canın sevgilisi həbs olundu

Sibel Canın sevgilisi həbs olundu

Zaur Nağıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zaur Nağıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO

SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO

Əgər Rusiyaya sərt sanksiya tətbiq edilsə... - Tramp

Əgər Rusiyaya sərt sanksiya tətbiq edilsə... - Tramp

Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək

Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək

Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi - Hamını yolda saxladı

Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi - Hamını yolda saxladı

Bakıda tələbə sahibkar atasını öldürdü – TƏFƏRRÜAT

Bakıda tələbə sahibkar atasını öldürdü – TƏFƏRRÜAT

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

Prezidentdən Texnologiyalar parkı ilə bağlı FƏRMAN

Prezidentdən Texnologiyalar parkı ilə bağlı FƏRMAN

Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək

Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək

Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu

Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu

Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN

Startapların gəlir vergisindən azadolma müddəti artırıldı – FƏRMAN

Yüksək vəzifədən azad olunan MƏMUR KİMDİR? - DOSYE

Yüksək vəzifədən azad olunan MƏMUR KİMDİR? - DOSYE

Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK

Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya EDİLƏCƏK

“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı

“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana GƏTİRİLƏCƏK

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana GƏTİRİLƏCƏK

7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB

7 ölkənin XİN rəhbəri İstanbulda toplaşır – SƏBƏB

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

Yardımlıya yeni icra başçısı TƏYİN EDİLDİ

Yardımlıya yeni icra başçısı TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO