Azərbaycanın 58 siyasi partiyası nə işlə məşğuldur? – Aktivlik SİYAHISI 

Ədliyyə Nazirliyinin son məlumatına görə, Azərbaycanda 58 siyasi partiyanın qeydiyyatdan keçdiyi təsbit olunub.

Onlardan bəziləri ölkənin siyasi fəaliyyətində aktiv iştirakı ilə fərqlənsələr də, bəzilərinin adı, yəqin ki, çox az insana tanışdır.

Məlumat üçün bildirək ki, siyasi partiya kimi qeydiyyatdan keçmək üçün ən azı 1000 üzvün olması şərtdir. Heç bir fəaliyyəti və siyasi iddiası olmayan, qurultaylar keçirməyən partiyaların ləğvi məsələsi tez-tez gündəmə gəlsə də, bu nadir hallarda baş verir.

Partiyalar haqqında qanuna əsasən partiyalar daha çox 2 halda ləğv oluna bilər:

1. Siyasi partiyanın qurultayının və ya məhkəmənin qərarı əsasında;

2. Partiyalar qanunvericilikdə nəzərdə tutulmuş bir sıra qanun pozuntularına yol verdikdə.

Bu səbəblərdən dolayı, bir sıra partiyalar praktiki olaraq fəaliyyət göstərməsələr belə, hələ də siyahıda öz yerlərini qorumağı bacarırlar.

Aktivdən passivə...

Ən aktiv partiyalar siyahısının ilk pilləsində Yeni Azərbaycan Partiyasının qərarlaşdığını söyləyə bilərik. YAP 2003, 2008, 2013 və 2018-ci illərdə prezident, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament, eləcə də müvafiq dövrlərdə baş tutan bələdiyyə seçkilərində qalib gəlib. Hal-hazırda Milli Məclisin 70 deputatı da məhz YAP üzvüdür.

Bundan əlavə, Milli Məclisdə 3 deputatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasını (Sabir Rüstəmxanlı), eyni zamanda 1 üzvlə parlamentdə təmsil olunan Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (Qüdrət Həsənquliyev), Ana Vətən Partiyası (Fəzail Ağamalı), Azərbaycan Demokratik Maarifçilik Partiyası (Elşən Musayev), Vətəndaş Birliyi Partiyası (Sabir Hacıyev), Respublikaçı Alternativ Partiya (İlqar Məmmədov), Vəhdət Partiyası (Tahir Kərimli), Milli Cəbhə Partiyasının (Razi Nurullayev) adlarını fəal partiyalar siyahısında çəkə bilərik. 

Bəzi partiyalar isə, parlamentdə təmsil olunmasalar belə siyasi iddiaları və siyasi sferada aktiv iştirakları ilə seçilirlər. Bu cür partiyalara Ümid Partiyası (İqbal Ağazadə), Ağ Partiya (Tural Abbaslı), Ədalət Partiyası (İlyas İsmayılov), Müsavat Partiyası (Arif Hacılı), Milli Dirçəliş Hərəkatı Partiyası (Fərəc Quliyev), Azərbaycan Milli İstiqlal Partiyasını (Arzuxan Əlizadə) örnək göstərə bilərik.

Bir sıra partiyaların adları daha çox partiya sədrlərinin fəaliyyəti ilə ön plana çıxır. Bu siyahıya Azərbaycan Naminə Alyans Partiyası (Abutalıb Səmədov), Azərbaycan Sosial Demokrat Partiyası (Araz Əlizadə), Azərbaycan Xalq Cəbhəsi Partiyası (Əli Kərimli), Azərbaycan Xalq Partiyası (Pənah Hüseyn), Azərbaycan Demokrat Partiyası (Sərdar Cəlaloğlu), Müasir Müsavat Partiyası (Hafiz Hacıyev), Klassik Xalq Cəbhəsi Partiyası (Mirmahmud Mirəlioğlu), Vətəndaş və İnkişaf Partiyası (Əli Əliyev), Azad Demokratlar Partiyası (Sülhəddin Əkbər), Azərbaycan Yüksəliş Partiyası (Anar Əsədli), Haqq-Ədalət Partiyasını (Əli İnsanov) daxil etmək olar.

Digər qrup partiyalar isə, sədrlərin zaman-zaman mətbuatda görülmələri ilə xatırlanırlar. Bu tip partiyalara Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası (Ramil Hüseynov), Aydınlar Partiyası (Qulamhüseyn Əlibəyli), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Gələcək Azərbaycan Partiyası (Ağasif Şakiroğlu), Azərbaycan Sosial Rifah Partiyası (Əsli Kazımlı), Azərbaycan Kommunist Partiyası (Fuad Qurbanov), Azərbaycan Milli Dövlətçilik Partiyası (Nemət Pənahlı), Azərbaycan Liberal Demokrat Partiyası (Fuad Əliyev) aid edilə bilər.

Azərbaycan Milli Demokratik İdrak Partiyası, Birlik Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Milli Həmrəylik Partiyası, Müstəqil Azərbaycan Partiyası, “Qorqud” Partiyası, Azərbaycan Vətənpərvərlə Partiyası, Azərbaycan Liberal Partiyası, Vahid Kommunist Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Milli Vəhdət Partiyası, Azad Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası kimi siyasi təşkilatların isə adlarına Ədliyyə Nazirliyinin siyahısında rast gəlsək də, fəaliyyətləri ilə bağlı hər hansı informasiya əldə etmək müşkülə çevrilib.

Nadir hallarda dövri mətbuatda xatırlanan bu kateqoriyadan olan partiyaların fəaliyyətlərini praktiki olaraq davam etdirib-etdirmədikləri isə məlum deyil.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var

Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var

Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Kim Çen İn hakimiyyəti kiçik qızına ötürəcək?

Azərbaycanda ən etibarlı BANKLAR hansılardır? – MÜHÜM AÇIQLAMA

Azərbaycanda ən etibarlı BANKLAR hansılardır? – MÜHÜM AÇIQLAMA

Bakıda mağazadan qızıl oğurlayan qadın kameraya düşdü – ANBAAN VİDEO

Bakıda mağazadan qızıl oğurlayan qadın kameraya düşdü – ANBAAN VİDEO

Məhəmməd adı Avropada yeni doğulanlar arasında ən populyar olub - FOTO

Məhəmməd adı Avropada yeni doğulanlar arasında ən populyar olub - FOTO

Rusiya ilk dəfə Ukraynanın “Flaminqo” raket zərbələrini təsdiqlədi

Rusiya ilk dəfə Ukraynanın “Flaminqo” raket zərbələrini təsdiqlədi

ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

ABŞ dövlət katibinin müavinini Azərbaycanda heyrətləndirən məqam - FOTO

Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

Büdcəyə 87 milyon manatdan artıq əlavə gəlir daxil olub

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

“Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətə başlamasından 10 il ötür – FOTO

Daha bir nəfər dəm qazının qurbanı oldu

Daha bir nəfər dəm qazının qurbanı oldu

Çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: 15 gün ərzində...

Çıxarış almaq istəyənlərə ŞAD XƏBƏR: 15 gün ərzində...

“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

“ABŞ İranda əməliyyata başlaya bilər” - Ryabkov

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Qırğızıstanda ekstremist təşkilatın tərəfdarlarından 14 Rusiya pasportu götürüldü

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Rusiya Sülh Şurasının Vaşinqtonda keçiriləcək ilk iclasına QATILMAYACAQ

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır

Arda Güleri kəşf edən şəxsdən rezonans doğuran AÇIQLAMA

Arda Güleri kəşf edən şəxsdən rezonans doğuran AÇIQLAMA

Enes Batur saxlanıldı

Enes Batur saxlanıldı

Pezeşkian nə qədər maaş alır? – ÖZÜNDƏN AÇIQLAMA

Pezeşkian nə qədər maaş alır? – ÖZÜNDƏN AÇIQLAMA

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr – SİYAHI

"Həmin qadın qocalar evində öldü"

"Həmin qadın qocalar evində öldü"

Azərbaycanda balıq bahalaşdı

Azərbaycanda balıq bahalaşdı

bp-də çalışan azərbaycanlıların sayı açıqlanıdı

bp-də çalışan azərbaycanlıların sayı açıqlanıdı

End of content

No more pages to load

RADİO