İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Bizim.Media  xəbər verir ki, təbrikdə deyilir:

"Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır.

Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar.

Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir.

Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır.

Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Messiyə görə matç TƏXİRƏ SALINDI

Messiyə görə matç TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Rusiyada Google bloklanacaq?

Rusiyada Google bloklanacaq?

Tuxellə bağlı QƏRAR VERİLDİ

Tuxellə bağlı QƏRAR VERİLDİ

Orban: “Zelenski yalnış yoldadır, Ukraynanın AB-yə üzvlüyünə ümid etməməlidir”

Orban: “Zelenski yalnış yoldadır, Ukraynanın AB-yə üzvlüyünə ümid etməməlidir”

Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

Ehtiyatlı olun! - Telefonlarınızdakı məlumatlar oğurlana bilər

Ehtiyatlı olun! - Telefonlarınızdakı məlumatlar oğurlana bilər

Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?

Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?

İsrail daha bir dövləti düşmən elan edəcək?

İsrail daha bir dövləti düşmən elan edəcək?

Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK

Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi

Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi

End of content

No more pages to load

RADİO