Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası hava hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, axşam saatlarında baş verən hadisə zamanı binaya ciddi ziyan dəyib, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.
Hava zərbəsi endirilən zaman binada konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb.
Bizim.Media