Oleq Kuznetsovun təhdidinə baş redaktorlardan CAVAB 

Rusiyanın siyasi analitiki Oleq Kuznetsov azərbaycanlı redaktorlara xəbərdarlıq edib. O, Ukrayna Silahlı Qüvvələrinin 72-ci SIPO Mərkəzindən alınan məlumatların saxta olduğunu və Azərbaycan mediasında  bununla bağlı məlumatların yayılmasına etiraz edib. Həmçinin bildirib ki, hərbi əməliyyatlardan sonra Rusiya hökuməti Azərbaycanın media rəhbərləri barəsində cinayət məsuliyyəti tətbiq edəcək, hətta onları beynəlxalq axtarışa verəcək. 

Siyasi şərhçinin təhdid xarakterli açıqlaması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı bir neçə media rəhbərləri mövqelərini Bizim.Media-ya açıqlayıblar.

Azərbaycan Jurnalistlər Birliyinin sədri “Ayna-Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlının sözlərinə görə müasir dünyada informasiya almaq üçün tək Rusiya kanallarına deyil, dünyanın bütün KİV-nə baxmaq kifayətdir:
 

MÖVZU İLƏ BAĞLI:

Oleq Kuznetsovdan azərbaycanlı redaktorlara XƏBƏRDARLIQ – “Beynəlxalq axtarışa veriləcəksiniz”


“Xüsusilə bir-iki xarici dil bilirsənsə, məsələnin nə yerdə olduğunu anlıyırsan.Kuznetsov kimdir ki, haranın zibilidir? İndi Rusiyada hər “idiot” bir söz deyəcək, ona fikir bildirək? Kuznetsov deyib, cəhənnəmə desin. Əslində  saxta və “feyk” xəbərləri yayan elə Kuznetsov kimi zir-zibillərdir. Sözün doğrusu Ukrayna televiziyası və mənbələrinə baxmadan da işin nədən ibarət olduğunu anlamaq olur. Bunu yalnız Kuznetsov və onun kimi ikiüzlü alçaqlar, kütbeyinlər anlaya bilmir. Məgər Rusiyanın Ukraynaya hücum etdiyini və ölkəni darmadağın etməyini görmək üçün Ukrayna televiziyasına baxmaq lazımdır?”

Elçin Şıxlı Kuznetsovun azərbaycanlı baş redaktorlara təhdidini qeyri-ciddi addım kimi dəyərləndirib:

“Küznetsov getsin əvvəlcə Rusiyanın beynəlxalq ictimaiyyət tərəfindən necə bloklandığını düşünsün, ondan sonra gəlib bizi beynəlxalq axtarışa verər”.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, Oleq Kuznetsov vaxtilə azərbaycanın haqq mübarizəsinə dəstək vermiş bir fikir adamıdır:

“Ona hörmətimiz var. Amma bu cür reaksiyaları situativ xarakter daşıyır. Zamana görə dəyişəcək. Necə ki, tanınmış Rusiya jurnalisti Maksim Şevçenkonun fikirləri qısa müddətdə dəyişdi. Əminəm ki, Oleq Kuznetsovun da fikirləri dəyişəcək və bizlə bir sırada dayanacaq. Hazırda Rusiya Ukraynaya  təcavüz və işğalçılıq siyasəti həyata keçirməkdədir. Bu baxımdan savaş meydanından xəbərlər yazanda təbii ki, balansı gözləyə bilmirik. İşğal prosesini yaşamış bir cəmiyyət kimi işğalçının deyil, işğal olunanın tərəfində xəbərlər yayırıq. Digər tərəfdən də Rusiyadan doğru-dürüst informasiya əldə etmək qeyri-mümkündür. Yalnız bir mənbədən məlumat yayılır. Ukraynada isə tam əksinədir”.

Rauf Arifoğlu Kuznetsovun Azərbaycan mediasını hədələnəsi məsələsinə də münasibət bildirib:

“Ondan qorxub çəkinmirik. Oleq Kuznestsov Rusiyanın maraqlarını müdafiə edir, amma hazırda bütün dünya onlara qarşıdır. Bir ziyalı, araşdırmaçı kimi bu faktı düşünsün. Niyə dünya və hər kəs Rusiyaya qarşıdır?”

Yeni Çağ Media Qrupunun baş direktoru Aqil Ələsgər isə qeyd edib ki, “Çox təssüf ki, Azərbaycanın hesabına nüfuzu artan Oleq Kuznetsov bütün məsələlərə imperial nəzərlərlə baxır. Hesab edir ki, Ukrayna ilə Rusiya döyüşürsə, Azərbaycan birmənalı olaraq Rusiyanın tərəfində olmalıdır. Əsrlərlə işğalçılardan əziyyət çəkdiyimizdən təbii ki, ukraynanın işğal olunmasını istəmirik.

Bunu Oleq istəsə də, istəməsə də edəcəyik. Yaxşı olar ki, Oleq hər ay aldığını alıb, işi ilə məşğul olsun. Hər kəs müstəqil şəkildə mövqeyini ortaya qoyur. Bunun Oleqi də, Saşası da, İvanı da anlamalıdır. Dövlətlər arasında müqavilə ola bilər. Bu dövlətlərin mövqeyidir. Amma xalqların mövqeyi hər hansı müqavilələrin öhdəliyi ilə ölçülmür”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Messiyə görə matç TƏXİRƏ SALINDI

Messiyə görə matç TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Rusiyada Google bloklanacaq?

Rusiyada Google bloklanacaq?

Tuxellə bağlı QƏRAR VERİLDİ

Tuxellə bağlı QƏRAR VERİLDİ

Orban: “Zelenski yalnış yoldadır, Ukraynanın AB-yə üzvlüyünə ümid etməməlidir”

Orban: “Zelenski yalnış yoldadır, Ukraynanın AB-yə üzvlüyünə ümid etməməlidir”

Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

Atalığı tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızla bağlı YENİ XƏBƏR

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

Ehtiyatlı olun! - Telefonlarınızdakı məlumatlar oğurlana bilər

Ehtiyatlı olun! - Telefonlarınızdakı məlumatlar oğurlana bilər

Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?

Ukrayna Ali Radasında deputatlar kütləvi zəhərləndi – NƏ BAŞ VERİR?

İsrail daha bir dövləti düşmən elan edəcək?

İsrail daha bir dövləti düşmən elan edəcək?

Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK

Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

ADY-dən ÇAĞIRIŞ - “Dəmir yolunu yüz ölçün, bir keçin” – FOTO

End of content

No more pages to load

RADİO