Azərbaycan və Tacikistan parlamentləri SAZİŞ İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ilə görüşüb.

Bizim.Media xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova səfərin iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illik yubileyinin tamam olduğunu qeyd edərək, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafından danışıb.

Milli Məclisin sədri Azərbaycanla Tacikistan parlamentləri arasında mövcud əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb, qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.
Sahibə Qafarova bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında imzalanacaq əməkdaşlıq haqqında Sazişin qarşılıqlı münasibətlərimizin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. 

Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verərək nəzərə çatdırıb ki, münaqişə artıq keçmişdə qalıb. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, ərazilərin minalardan təmizlənməsi işinə başlanıb, yeni nəqliyyat infrastrukturu yaradılıb.

Azərbaycan həmin ərazilərdən məcburi köçkün olmuş vətəndaşlarının tezliklə öz evlərinə qayıtmasına çalışır. İnanırıq ki, Ermənistan reallığı düzgün qiymətləndirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaqdır.   

Görüşdə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ölkəmizə səfərə dəvətə görə, spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.
O, spiker vəzifəsində Azərbaycana ilk rəsmi səfərini etdiyini diqqətə çatdıraraq, Azərbaycanın zəngin parlamentarizm tarixi olduğunu qeyd edib. Nəzərə çatdırıb ki, Tacikistan Azərbaycanla tarixi və mədəni ortaqlığa əsaslanan ənənəvi dostluq əlaqələrini yüksək qiymətləndirir. Azərbaycan Tacikistanın xarici siyasətində mühüm yer tutur. Əlaqələrimiz həm ikitərəfli, həm də çoxtərəfli əsasda, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir.

Sonra görüşdə ölkələr arasında iqtisadi-ticari, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrə dair məsələlər müzakirə olunub.

Görüşdən sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında saziş imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Messiyə görə matç TƏXİRƏ SALINDI

Messiyə görə matç TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

End of content

No more pages to load

RADİO