Baş nazir Şuşada müşavirə keçirdi - FOTO

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında AZAL-ın prezidenti Cahangir Əsgərov nümayəndə heyətinin üzvlərini işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi işlərinin gedişi barədə məlumatlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazirin azad olunmuş ərazilərə səfəri başladı


Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin Ümumi Planı ilə əlaqədar görülmüş işlər barədə təqdimat edib.

Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıqdan sonra “Azərenerji”nin Füzulidə yeni istismara verilən elektrik stansiyasına baxış olub.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Qarabağ və Şərqi Zəngəzur regionunun mövcud və 2022-2026-cı illər üzrə perspektiv elektrik təchizat sxemi ilə bağlı ətraflı məlumat verib.

Nümayəndə heyətinin üzvləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağdərə avtomobil yolunda görülən işlərlə də tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.

Daha sonra Horadiz-Cəbrayıl-Mincivan-Ağbənd avtomobil yolunda aparılan minatəmizləmə işlərinə baxış keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nümayəndə heyətini Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərində aparılan işlər barədə məlumatlandırıb.

Daha sonra Zəngilan rayonunda iqtisadiyyat naziri Mikayıl Cabbarov “Araz Vadisi İqtisadi Zonası”nda və Ağdam Sənaye Parkında görülən işlər barədə məlumat verib. 

Nümayəndə heyəti Zəngilan Hava Limanında işlərin gedişatına baxış keçirib. 

Nümayəndə heyətinin üzvləri Zəngilanda “Ağıllı kənd” ilə də tanış olublar. Kənd təsərrüfatı naziri İnam Kərimov diqqətə çatdırıb ki, bu kənd azad edilmiş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq.

Sonra Qubadlı rayonuna səfər edən nümayəndə heyəti burada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olub, silah-sursat və texnikaya baxış keçirib.

Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib.

Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Sonra nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.

Səfərin sonunda nümayəndə heyəti Xocavənd rayonuna səfər edib, Tuğ və Hadrutda aparılan quruculuq işləri ilə yerində tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Balotelli yeni klubunda irqçi təhqirlərə MƏRUZ QALDI

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

Ordubad ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi - FOTO

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə BƏRAƏT VERİLDİ - 41 illik dostu şikayətçi idi

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

İsrail ordusu İran xalqına ÇAĞIRIŞ ETDİ

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Göyçayda içməli su təchizatı şəbəkəsi İSTİFADƏYƏ VERİLDİ - FOTO

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Pezeşkian etirazlara görə hakimiyyəti GÜNAHLANDIRDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Messiyə görə matç TƏXİRƏ SALINDI

Messiyə görə matç TƏXİRƏ SALINDI

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Kamran Əsədovun məhkəməsində şahidlər DİNDİRİLDİ

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda tıxac var

End of content

No more pages to load

RADİO