Azərbaycanla İran arasında birbaşa uçuşların sayı martın 4-dən etibarən həftədə 1-dəfədən 2 dəfəyədək artırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" hesabında yazıb.
Qeyd edək ki, “Buta Airways” martın 4-dən Bakıdan İranın paytaxtı Tehrana uçuşları bərpa edəcəyini elan etmişdi. Xüsusi aviareyslər Heydər Əliyev Beynəlxalq Hava Limanından Tehran Hava Limanına və əks istiqamətdə yerinə yetiriləcək. Biletlərin dəyəri 29 avrodan başlayır.
Bizim.Media