Ruslar nüvə silahına əl atsa, nə baş verəcək? - Dağıdıcı silahı olan ölkələrin SİYAHISI 

6 gün əvvəl Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyanın bu ölkəni nüvə silahı ilə təhdid etməsindən sonra dağıdıcı silahın hansı ölkədə olması məsələsi aktuallaşıb. 

Nüvə silahı dünya elminin kəşf etdiyi ən dağıdıcı və təhlükəli silahdır. Real hərbi əməliyyatlarda bu silahdan yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub.

ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olub. 

Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyanın 9 dövlətinin təxminən 14 min 995 ədəd nüvə silahı var. Əslində onlardan bir qismi artıq sıradan çıxıb. Amma xüsusilə ABŞ və Rusiyanın hər birində təxminən 4 min nüvə başlığı olmaqla döyüş növbəsində duran ballistik raketlər, sualtı qayıqlar və bombardımançı təyyarələr mövcuddur. Hər iki ölkədə gün ərzində 20 min insan radarların arxasında oturub ilk hansı dövlətin atom silahını atacağını müşahidə edir.

Nüvə silahları bütün ölkələr üçün qorxuludur və buna görə də belə silahı olan ölkələr digərləri üstündə müqayisəsiz hegemonluq yarada bilirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Rusiya ilə görüşdən DANIŞDI – “Biz belə taktikaları qəbul etmirik” 


Dağıdıcı gücə malik nüvə silahı hədəfə çatana kimi insanların 10-15 dəqiqə zirzəmilərə düşməsi üçün vaxtı olacaq. Atom silahının partlayış episentrində heç bir bunkerə sığınmağın mənası yoxdur. Hətta yerin 70 metr dərinliyində olsa belə təxminən 2 km radiusda hər şey yanaraq kül olacaq, ikinci radisuda sağ qalmaq şansı ola bilər. Yeraltı keçidlər, metro stansiyaları zərbəyə davam gətirəcək. Üçüncü radiusda isə sadəcə evlərin damları, şüşələri, mebellər zərər görəcək.

Bəs hansı ölkələrdə bu qorxulu silahdan var? 

Siyahıya Rusiya liderlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var.

İkinci yerdə ABŞ dayanır. Bu ölkədə 6 min 450 nüvə silahı mövcuddur. Ümumiyyətlə nüvə silahının ən çox sınağını ABŞ keçirib, bu sınaqlardan təxminən 18-i uğursuz olub, indiyədək atılan, amma partlamayan bombaların içində 3 ədədi sonradan heç tapılmayıb. 

Üçüncü sırada dayanan Fransa 1960-cı il fevralın 13-dən nüvə dövlətidir. Dəhşətli silahın ilk sınaqları o zamanlar Fransanın tərkibinə daxil olan Əlcəzairdə həyata keçirilib. Hazırda Fransa 300 ədəd nüvə silahına malikdir.

İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkə ilk nüvə silahı sınaqlarını 1952-ci il oktyabrın 3-də Sakit okeanındakı Monte-Bello adasında həyata keçirib. İngiltərəd nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur.

Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. Bu ölkə 1964-cü il oktyabrın 16-da Lobnor gölü yaxınlığında 20 kilotonluq nüvə silahını sınaqdan keçirməklə nüvə dövlətləri ailəsinə daxildir. Hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu saya görə Çin dünyada beşinci yerdə qərarlaşıb.

Nüvə silahı olan digər bütün ölkələrdən fərqli olaraq 6-ci yerdə qərarlaşan İsraildə bu silahların istifadə hüququ bir nəfərdə deyil. 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 200 nüvə başlığı olan yəhudi dövləti rəsmi şəkildə bunu təsdiqləmir.

İlk nüvə silahını cəmi 21 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 7-ci yeri tutur. Pakistanda baş nazir Nüvə Qəraragahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyndə sayılır. Pakisan həm də nüvə silahına sahib olan ilk və yeganə müsəlman dövlətidir.

8-ci yerdə dayanan Hindistanda isə 130 və ya 140 nüvə silahı olduğu təxmin edilir. 1974-cü il mayın 18-də ilk nüvə sınağını gerçəkləşdirib. Bu ölkədə də nüvə silahlarına baş nazir nəzarət edir.

Sonuncu yerdəki Şimali Koreyanın isə 10 və ya 20 nüvə başlığı olduğu ehtimal edilir. Bu ölkə 2006-cı il oktyabrın 9-da ilk dəfə nüvə sınağı həyata keçirib və 2003-cü ilə qədər “Nüvə silahının yayılmaması haqda müqavilə”yə üzv olan sosialist ölkə hesab olunur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Məşhur türkiyəli aktyor infarkt keçirdi – FOTO

Məşhur türkiyəli aktyor infarkt keçirdi – FOTO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı - FOTO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı - FOTO

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

End of content

No more pages to load

RADİO