Qərbin Ukrayna, Gürcüstan canfəşanlığı Azərbaycanda niyə hiss olunmur? – İkili standartların ÜÇÜNCÜ ÜZÜ

Bütün dünyanın diqqət mərkəzində olan Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara ən radikal reaksiyalar Qərb ölkələrindən gəlməkdədir.

Faktiki olaraq, Rusiyanın bu əməlini işğalçılıq kimi qiymətləndirən Amerika, Avropa Birliyi və digər müttəfiq dövlətlərin Moskvaya qarşı cəbhə aldığı aydın şəkildə görünür.

Hazırda Ukrayna ətrafında Qərb və Rusiyanın toqquşan maraqları, xüsusilə də Qərbin sərgilədiyi mövqe Gürcüstandakı 2008-ci il olayları dönəmində baş verənlərlə bənzərlik təşkil edir. Belə ki, NATO Rusiyanın Gürcüstan və Ukraynadakı addımlarını işğalçılıq kimi qəbul edərək Kremli faktiki hədəfinə çevirib.

Gürcüstan və Ukrayna nümunələrindəki analogiya NATO-nun olaylara praktiki müşahidəçi qalması baxımından da aparıla bilər. Hələ 2008-ci ildə Qara dənizə qədər gələn ABŞ hərbi gəmiləri rus tanklarının Tiflisin kandarına qədər gəlməsini sükutla seyr etmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Kremldən Qərbin Ukraynaya silah tədarükünə REAKSİYA – “Təhlükəli nəticələr verəcək” 


Lakin Gürcüstan nümunəsindən fərqli olaraq daha güclü orduya və xüsusi hazırlığa malik olan Ukrayna suverenliyi uğrunda mübarizəni davam etdirə bilir. Görünür, Ukraynaya gələn hərbi yardımların da əsas səbəbi Kiyevin daha qətiyyətlə öz suverenliyini müdafiə etməyi bacarmasıdır.

Sözügedən olaylara Qərbin sərgilədiyi mövqe isə “işğalçılığa qarşı dayanan sülhsevər güc” imici formalaşdırıb.

Lakin...



Sual yaranır ki, eyni mövqe Azərbaycan işğalla üzləşəndə niyə sərgilənmirdi?

Niyə Rusiyaya qarşı əlbirliyi edən ölkələr Azərbaycan torpaqları işğal olunanda, xalqımız qaçqın və məcburi köçkün durumuna düşəndə quru bəyanatlar verməkdən savayı əlini daşın altına qoymurdu? Əgər Qərb dövlətlərin suverenliyinə bu cür önəm verirdisə, niyə Qarabağda 30 ilə yaxın fəaliyyət göstərən separatçı respublikaya qarşı beynəlxalq hüququn dili ilə danışmağı bacarmırdı?

Qəbul edək ki, Azərbaycanın NATO-ya üzv olmaması Gürcüstan və Ukraynada olduğu kimi Alyansın fiziki yardım imkanlarını minimuma endirirdi.

Lakin Azərbaycan hərbi yardımlardan da məhrum buraxılmışdı. Hətta “yanan da biz, yaman da biz” məntiqi ilə “907-ci düzəliş” də işğalçıya yox, qurbana tətbiq olunmuşdu. 

Azərbaycan ərazilərini işğal edib, dinc əhaliyə qarşı qətliamlar törədən erməni cəlladlarının Qərbin sevimli silahı olan iqtisadi və hüquqi sanksiyaların varlığını belə hiss etməmişdilər.



Cəmi 2 gün öncə yad etdiyimiz əsrin insanlıq cinayəti olan Xocalı qətliamının memarlarının bu gün Ermənistan parlamentində ayaq-ayaq üstünə atıb revanşist çağırışlar etdiklərini xatırlatmağın da yəqin ki, bir faydası toxunmayacaq.

Ukrayna və Gürcüstandan daha ağır və uzunmüddətli işğalçılığa məruz qalan Azərbaycana qarşı illərdir sərgilənən ikili standartlar bu gün də davam etməkdədir. Erməni diasporunun ziyafətlərində qədəh qaldırıb, qondarma erməni soyqırımına qara bağlayan ABŞ senatorları, Fransa siyasətçiləri üçün görünür kimin qurd, kimin quzu olduğunun heç bir önəmi yox imiş...

Ta ki 44 günlük müharibədə Azərbaycan bu gün Ukraynanın apardığı kimi öz ərazi bütövlüyü uğrunda mübarizəyə start verənədək. Həmin anda, qurdlarla bir süfrəyə oturan bəzi Qərb başbilənləri qaldırdıqları qədəhlərin təsirindən Azərbaycanı cani kimi qələmə verməkdən belə çəkinmədilər.

Tarixi dərs

Ən azı, xalqımız ona şahid oldu ki, Qərbin dərdi nə demokratiya, nə insan haqları, nə də dövlətlərin suverenliyi deyil. Burada ikili standartları Qərbin çıxarları və Azərbaycanın konkret olaraq türk-müsəlman ölkəsi olmasına da bağlamaq olar. Amma toleyrant və multikultural ölkə olan Azərbaycan bu neqativləri pozitivə çevirməyi bacaran bir dövlət və xalqdır.

Prosesləri sakit başla analiz etdikdə qarşımıza çıxan suallar da, yəqin ki, oxuyucularımızla eynilik təşkil edəcək: Azərbaycana qarşı sərgilənən ikili standartların səbəbi nədir? Rusiya ilə münasibətlər gərginləşən kimi, qışda evlərini qızdıra bilmək üçün qapımızı döyən Avropa, görəsən bu təbii sərvətlərdən də məhrum olsa idik, bizə hansı münasibəti göstərərdi?

Gəldiyimiz nəticə isə ondan ibarətdir ki, bu gün NATO-nun şərqə doğru genişlənməsi orta əsirlərin səlib yürüşlərini xatırladır.

Öz ideyalarını dünyanın vahid inancına çevirmək istəyən “sülh göyərçinləri” üçün öz inanclarından olan körpələrin qanına bais olmaq belə böyük günah sayılmır.

O da şübhə doğurmur ki, əgər Azərbaycan balanslı siyasət yürütməsə və doğru zamanda doğru qərarları verməsə idi, sonumuz Suriyadan, Əfqanıstandan fərqli olmayacaqdı...

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Ağdamdakı yanğın davam edir: Ərazidən partlayış səsləri eşidilir - VİDEO

Ağdamdakı yanğın davam edir: Ərazidən partlayış səsləri eşidilir - VİDEO

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

Həbsdən buraxılan "Arzum" Almaniyaya qayıdır? - AÇIQLAMA

Həbsdən buraxılan "Arzum" Almaniyaya qayıdır? - AÇIQLAMA

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Su kanalından meyit tapıldı

Su kanalından meyit tapıldı

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi Sazişi İMZALANDI - FOTO

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi Sazişi İMZALANDI - FOTO

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTO

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTO

Mikayıl Cabbarov Çexiyanın "Agrofert" şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Çexiyanın "Agrofert" şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Hazır yeməklərin kiloqramla satışı: Alıcılar etibar edirlər? - VİDEO

Hazır yeməklərin kiloqramla satışı: Alıcılar etibar edirlər? - VİDEO

Dəmiryol Muzeyinə giriş qiymətləri UCUZLAŞDI

Dəmiryol Muzeyinə giriş qiymətləri UCUZLAŞDI

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Biləsuvar sakinlərinin diqqətinə: Qaz olmayacaq

Biləsuvar sakinlərinin diqqətinə: Qaz olmayacaq

Rəqsanənin əri ilə avtomobildə romantik anları – VİDEO

Rəqsanənin əri ilə avtomobildə romantik anları – VİDEO

Ağdamda açıq ərazi YANIR - FOTO/VİDEO

Ağdamda açıq ərazi YANIR - FOTO/VİDEO

Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

“Bibi Heybət”in imamının diplomu TANINMADI

“Bibi Heybət”in imamının diplomu TANINMADI

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Sahibkarlara güzəştli kreditlər veriləcək – Yeni qərar

Sahibkarlara güzəştli kreditlər veriləcək – Yeni qərar

ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI

ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI

End of content

No more pages to load

RADİO