Rəsmi Bakıdan Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına CAVAB 

"Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı yaydığı tamamilə əsassız və yalan dolu iddialar tərəfimizdən dəfələrlə cavablandırılıb. Növbəti dəfə vurğulayırıq ki,1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi". 

Bizim.Media xəbər verir ki, bunu bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdəki səhifəsində bildirib. 

"Xatırladırıq ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldı, istintaq aparıldı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildi. Qeyd istərdik ki, hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlı idi. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan Rusiya XİN-in təxribat dolu paylaşımına REAKSİYA 


Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb. 

27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verildi, həmçinin bir nəfər ölüm cəzası aldı. Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi. 

Azərbaycanın 20% ərazisini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib.

Lakin bu cinayətləri törədənlərdən heç kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb. 

Ermənistan XİN-inə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub və ərazi bütövlüyünü təmin edib.

İşğal faktorunun aradan qaldırılması ilə hazırda bölgədə yaranan yeni, əməkdaşlıq və sülh quruculuğu imkanlarından faydalanmaq əvəzinə yalan, əsassız və düşmənçilik təşviq edən bəyanatların verilməsi Ermənistanın əsl niyyətini nümayiş etdirir.

Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni xalqı sülh və rifahdan məhrum olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Ağdamdakı yanğın davam edir: Ərazidən partlayış səsləri eşidilir - VİDEO

Ağdamdakı yanğın davam edir: Ərazidən partlayış səsləri eşidilir - VİDEO

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? - AÇIQLAMA

Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? - AÇIQLAMA

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Su kanalından meyit tapıldı

Su kanalından meyit tapıldı

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi Sazişi İMZALANDI - FOTO

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi Sazişi İMZALANDI - FOTO

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTO

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTO

Mikayıl Cabbarov Çexiyanın "Agrofert" şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Çexiyanın "Agrofert" şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Hazır yeməklərin kiloqramla satışı: Alıcılar etibar edirlər? - VİDEO

Hazır yeməklərin kiloqramla satışı: Alıcılar etibar edirlər? - VİDEO

Dəmiryol Muzeyinə giriş qiymətləri UCUZLAŞDI

Dəmiryol Muzeyinə giriş qiymətləri UCUZLAŞDI

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Biləsuvar sakinlərinin diqqətinə: Qaz olmayacaq

Biləsuvar sakinlərinin diqqətinə: Qaz olmayacaq

Rəqsanənin əri ilə avtomobildə romantik anları – VİDEO

Rəqsanənin əri ilə avtomobildə romantik anları – VİDEO

Ağdamda açıq ərazi YANIR - FOTO/VİDEO

Ağdamda açıq ərazi YANIR - FOTO/VİDEO

Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

“Bibi Heybət”in imamının diplomu TANINMADI

“Bibi Heybət”in imamının diplomu TANINMADI

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Sahibkarlara güzəştli kreditlər veriləcək – Yeni qərar

Sahibkarlara güzəştli kreditlər veriləcək – Yeni qərar

ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI

ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI

End of content

No more pages to load

RADİO