“Latın qrafikalı ortaq əlifbanın tətbiqi türk xalqları arasında elmi, mədəni və humanitar inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Heydər Əliyev Mərkəzində keçirilən panel sessiyada çıxışı zamanı danışıb.
Akademik qeyd edib ki, əlifba yalnız yazı sistemi deyil, xalqın milli-mənəvi varlığını, intellektual yaddaşını və mədəni kimliyini ifadə edən mühüm amildir.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik dövründə latın qrafikalı əlifbaya keçən ilk türk dövlətlərindən biri olub və bu addım Türk dünyasında inteqrasiya proseslərinə mühüm təkan verib.
İsa Həbibbəyli bildirib ki, ortaq əlifba ortaq elmi məkanın, vahid informasiya mühitinin və mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcək”.
Bizim.Media