“Biz ayağa qalxdıq və düşmənin hücumları ilə uğurla mübarizə apardıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində yazıb.
“Ölkəmizin bir çox şəhər və bölgəsində döyüşlər gedir. Amma biz bilirik ki, vətəni, torpağı, uşaqların gələcəyini qoruyuruq. Kiyev və ətrafındakı əsas şəhərlər ordumuz tərəfindən müdafiə olunur. İşğalçılar dövlətimizin mərkəzini bağlayıb Donetskdəki kimi öz fiqurlarını buraya qoymaq istəyirdilər. Biz onların planını pozduq” – deyə ölkə başçısı qeyd edib.
Bizim.Media