“30 il əvvəl Azərbaycanın Xocalı şəhərinə erməni silahlı dəstələrinin etdiyi hücum nəticəsində şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycanlı bacı-qardaşlarımızın Xocalıda qarşılaşdıqları ağrı-acını dərindən hiss edirik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyi tviterdə qeyd edib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımdan 30 il ötür.
Bizim.Media
