Azərbaycan vətəndaşları Buxarestdən Bakıya yola salınacaq – Ukraynadan 100-dən çox azərbaycanlı gəlib 

“Dünən gecədən səhərə kimi Ukraynadan Moldovaya 100 nəfərdən çox Azərbaycan vətəndaşı gəlib”.  

Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanınn Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.  

Q. Osmanov deyib ki, Azərbaycan vətəndaşları Ukraynadan Moldovaya iki sərhəd-keçid məntəqəsindən keçirlər:

“Ukrayna və Moldova arasında sərhəd-keçid məntəqələri çoxdur. Ancaq Moldova hökuməti Ukraynadan hazırda qaçqınları qəbul etmək üçün iki sərhəd-keçid məntəqəsi müəyyənləşdirib. Bunlar Palanka və Oxnitsa sərhəd-keçid məntəqələridir.

Digər məntəqələrdən də insanlar keçə bilər, amma Moldova hökuməti bu sərhəd-keçid məntəqələrində asanlaşdırılmış şərait yaradıb ki, Ukraynadan gələnlər ölkəyə qəbul olunsun.
Bu sərhəd-keçid məntəqələrinin hər birində səfirliyimizin iki əməkdaşı var. Onların telefon nömrələri səfirliyin saytında, sosial şəbəkələrində də, eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinin KİV-ə göndərilən məlumatında da var. Səfirliyin həmin əməkdaşları həm telefon nömrələrinə cavab verir, həm də sərhəd-keçid məntəqəsində kimlərin sənəd və digər məsələlərlə bağlı problemləri varsa, onlara yardım edirlər. Eyni zamanda səfirliyin 24 saat fəaliyyət göstərən qaynar xətti var, səfirliyin əməkdaşı zənglərə cavab verir”.  

Səfir qeyd edib ki, hər 1 saatdan bir səfirlik tərəfindən Azərbaycan XİN-ə bu barədə məlumatı təqdim olunur:

“Azərbaycan XİN tapşırdı ki, biz Rumıniya səfirliyi ilə görüşək ki, Moldovanın hava məkanı bağlı olduğu üçün vətəndaşlarımızı Rumıniyaya keçirək və Buxarestdən hava yolu ilə Bakıya gəlsinlər. Təşkil edirik ki, avtobusla Buxarestə getsinlər. Həmin Azərbaycan vətəndaşlarından hansıların pulları var, təyyarə bileti alırlar, biz onlara viza alırıq. Vətəndaşlarımıza tranzit vizası alınır. Rumıniyada tranzit vizasının qiyməti 80 avrodur. Təyyarə bileti də təqribən 300 avrodur. Moldovaya gələn və maddi imkanı olmayan vətəndaşlarımıza da bununla bağlı bacardığımız qədər kömək edirik. O cümlədən, kimisə burada azərbaycanlıların evlərinə yerləşdiririk. Bununla bağlı iş adamlarından da xahiş edirik.

Diaspor təşkilatımız da bu işlə məşğuldur, bizə yardım edirlər. Yeri gəlmişkən, bu gün buradan yola saldığımız vətəndaşlarımızın bir qrupunu konsulumuz qəbul edəcək. Bir əməkdaşımız Buxarestdə konsulluqda vətəndaşlarımıza yardım edir.”.  
Q. Osmanov Buxarestdən Bakıya birbaşa təyyarə reysinin olmadığını da nəzərə çatdırıb:

“Tranzit təyyarə reysləri ilə vətəndaşlarımızın Azərbaycana yola salınması ilə məşğuluq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

End of content

No more pages to load

RADİO