Simonyan İlham Əliyevin hansı arqumenti qarşısında aciz qaldı? – Yarımçıq kəsilən DİALOQ

Bildiyimiz kimi, 22 fevral tarixində Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinin əsasını qoyan müttəfiqlik haqqında Bəyannamə imzalandı. Bu özlüyündə iki ölkə arasında strateji tərafdaşlığın müttəfiqlik səviyysəinə siyasi transformasiyası kimi də qiymətləndirilə bilər.

Eyni zamanda Bəyannamə iki ölkə arasında indiyə qədər mövcud olan müqavilələrin unifikasiya edilərək razılaşdırılmış və hazırki siyasi vəziyyətə uyğunlaşdırlımış məzmunca yeni bir versiyasıdır.

Bəyannamənin mətnində “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə”nin, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə”nin və “Rusiya Federasiyasının Prezidenti V.V.Putin və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatın”nın da yer alması bunun bariz nümunəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı - VİDEO


Bu Bəyannamənin ilk öncə Ermənistan cəmiyyətində böyük əks-səda doğuracağı gözlənilirdi ki, bu belə də oldu.

Ermənistan dövləti və cəmiyyəti hələ “Şuşa” bəyannaməsinin siyasi və hüquqi təsirindən ayılmamış, yeni Moskva bəyannaməsi onlara daha bir zərbə oldu. Hətta, Ermənistan parlamenti tərəfindən “Şuşa” bəyannaməsinin müzakirəsi üçün tələb olunan 59 əvəzinə 26 erməni millət vəkilinin toplanması də bu məsələnin ermənilər üçün nə qədər ağrılı olduğunu göstərdi. İllər idi ki, Ermənistan diplomatik missiyası hər bir məslədə Rusiya ilə müttəfiqliyi ortaya qoyaraq öz əməllərini ya kölgələyir ya da müdafiə olunmağa çalışırdı.

Lakin, II Qarabağ müharibəsi onu göstərdi ki, real vəziyyət ermənilərin xəyal etdiyi qədər də deyil.

Bu Azərbaycanın həyata keçirmiş olduğu çoxvektorlu, balanslaşdırlmış xarici siyasət vasitəsilə mümkün omuşdu. Məhz Azərbaycan tərəfindən yardılmış yeni siyasi reallığın gündəmi Rusiyanı Azərbaycanla müttəfiq olmağa sövq elədi. Digər diqqətçəkən məqam odur ki, Rusiya tərəfindən bu addım məhz Qarabağ münaqişəsi həll olunandan sonra atıldı. Bu Ermənistan xarici siyasətinin tam fiaskoya uğraması deməkdir.

23 fevralda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskva şəhərində TASS binasında Azərbaycan-Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş sərgidə iştirak etdi.


Bundan sonra ölkə başçısı TASS-ın inzibati binasında Rusiyanın aparıcı KİV-nin rəhbərləri ilə görüşdü.

Görüşdə “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru erməni əsilli Marqarita Simonyanın da iştirak etməsi və növbəti erməni təxribatının olacağı ehtimal olunurdu. Çünki, erməni xisləti hər zaman, hər yerdə özünü biruzə verməlidir. Bunsuz erməni erməni ola bilməz.

Çox təəssüf ki, bu dəfə də belə oldu. Azərbaycan prezidentinə sual ünvanlayan Simonyan ermənilərin etnik mənsubiyyət əsasında Azərbaycana girişinə qadağa qoyulması məsələsini önə çəkdi. İlk öncə vurğulanmalıdır ki, 30 il ərzində yaranmış müharibə vəziyyətinə görə iki ölkə rasında əlaqələr kəsilmiş və hər iki ölkəyə yalnız rəsmi viza əsasında giriş nəzərdə tutulmuşdur. Bundan əlavə bu illər ərzində onlarla ermənin Bakıya səfər etmişdir. Bu müxtəlif səviyyəli idman, siyasi və sosial tədbirlər səviyyəsində olmuşdur.

Bunu əsas tutan ölkə başçısı bildirmişdir ki, “Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur.
 

Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm”. 


Azərbaycanda tarixin bütün mərhələlrində multikultural bir dövlət və polietnik cəmiyyət olmuşdur. Bu gündə bu ənənələr yaşamaqdadır. Azərbaycanda müxtəlif etniklərin nümayəndələri öz konstitusiya hüquqlarından istifadə edərək sərbəst yaşayır və öz dini inanclarına etiqad edirlər. Bu gün də digər etnik qruplarla yanaşı 30 minə yaxın erməni  Azərbaycanda taç sərbəst vəziyyətdə yaşayır.

Azərbaycan dövləti bütün etnik qruplarla münasibətləri humanizm, tolerantlıq və insan hüquqlarını rəhbər tutaraq tənzimləyir.

Etnik qruplara məxsus olan dini ibadətgahların qorunması dövlət səviyyəsində təmin edilir. Bu məqamı xüsusilə qeyd edən ölkə başçısı bildirdi ki, “Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir”.

Bvunların əvəzində isə Ermənistan bu illər ərzində monoetnik bir dövlətə çevrilmiş, orda tarixən yaşamış azərbaycanlılar öz torpaqlarında deportasiya olunmuşdu. 30 illik işğal dövründə Azərbaycan torpaqlarına qarşı Ermənistan tərəfindən ekosid və urbisid kimi beynəlxalq cinayətlər törədilib.

Azərbaycan torpaqlarında milli və mədəni abidlər darmadağın edilib, bütün infrastruktur məhv edilib.

Bu günlərdə İrəvanda Avronestin növbəti sessiyasında iştirak etmək üçün ora səfər edən Azərbaycanın iki millət vəkili böyük nifət hissi ilə qarşılanmış, onların ölkəyə daxil olmalarının qarşısının alınmasın cəhd göstərilmişdir. Bütün bunlar bir daha sübut edir ki, erməni cəmiyyəti hələ də Azərbaycan dövlətinə və xalqına qarşı müharibədə rüsvayçı şəkildə məğlub olmasını həzm edə bilmir.
 

Görüşdə ölkə başçısı Azərbaycan tərəfindən həyata keçirilən geniş miqyaslı quruculuq və bərpa işlərindən söhbət açdı.


Azərbaycanın bölgədə söz və güc sahibi olaraq həyata keçirdiyi xarici siyasətinin əsas istiqamətləri, iqtisadi potensialı və enerji diplomatiyasınn uğurları haqqında məlumat verildi. Simonyan isə əsl erməniyə xas olan xüsusiyyəti ilə  görüşü, səsələndirilən arqumentlər qarşısında acizanə tərk etdi.   

Amid Əliyev, politoloq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

End of content

No more pages to load

RADİO