“Moskva Bəyannaməsi”nin 32-Cİ BƏNDİ: Azərbaycana nə vəd edir? 

Fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Vladimir Putin qtərəfindən imzalanmış “Moskva Bəyannaməsi” bəndlər üzrə müxtəlif bucaqlardan müzakirə olunur və təhlil edilir.

Bəyannamənin 32-ci bəndi isə hər kəsin marağına səbəb olub. Bu bəndə əsasən, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitunun laboratoriya müdiri, elmlər doktoru Müslüm Qurbanov Bizim.Media-ya bu bəndin təfərrüatını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı - VİDEO


Onun sözlərinə görə, atom enerjisinin istifadəsi ölkədə keçən əsrin sonlarından başlayıb.

“Atom enerjisindən dinc məqsədlərlə istifadə məsələsi Azərbaycanda keçən əsrin sonlarından başlayaraq müxtəlif istiqamətdə inkişaf edib. Azərbaycanda  bu sahədə təxminən 20 ildən çoxdur ki, işlər görülür. Hətta Sovet illərində Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisində atom elektrik stansiyasının tikilməsi planlaşdırılırdı amma müəyyən səbəblərdən bu baş tutmadı”.

Müslüm Qurbanov atom enerjisinin dinc məqsədlərlə necə istifadə olunacağı haqqında danışıb:

“Radioaktiv mənbələrdən müalicə məqsədi ilə tibbdə həmçinin müxtəlif kimyəvi-texnoloji proseslərdə, o cümlədən ekoloji təmiz hidrogenin alınmasında istifadə olunur. Həmçinin infeksion xəstəliklərə qarşı mübarizədə də xüsusi rolu var”.

Elmlər doktoru həmçinin qeyd edir ki, bəyannamə ölkədə atom elektrik stansiyasının tikilməsi məsələsini də gündəmə gətirə bilər: 

“Rusiya artıq illərdir ki, bu sahə ilə məşğuldur və hazırda bir sıra univeristetlərində atom enerjisindən istifadə üzrə tədqiqat işləri aparılır. Bu əsnada, ölkədə atom sahəsi üzrə kadrların formalaşmasında böyük rol oyanaya bilər. Amma yekun mərhələdə atom stansiyalarının qurulması və ya elmi tədqiqat atom reaktorlarının qurulması məsələsi də öz yerini tapa bilər.
 

Onu da deyim ki, Prezident İlham Əliyev bu bəyannamədən də əvvəl beynəlxalq görüşlərdə atom, nüvə enerjisindən dinc məqsədlər üçün Azərbaycanda inkişaf məsələləri və bu sahədə kadr potensialının gücləndirilməsi haqqında çıxışlar edib. Təsadüf deyil ki, daha sonra Milli Nüvə Tədqiqatları Mərkəzi fəaliyyətə başlayıb”.


Sonda isə Müslüm Qurbanov ölkədə bu sahənin inkişaf olunmasının vacibliyini qeyd edərək, Bəyannamənin 32-ci bəndinin diqqətə alınmasına görə, məmnunluğunu ifadə edib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

End of content

No more pages to load

RADİO