İlham Əliyev Zəngilana 200 ailənin nə vaxt qayıdacağını açıqladı

"Biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb: "Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Müharibə dövründə Rusiya mediası bəzi istisnalarla neytral olub”


Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar".

İlham Əliyev bildirib ki, minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir: "Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik.

Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik.

Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur.

Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

End of content

No more pages to load

RADİO