İlham Əliyevdən deputatlarımızın İrəvana səfəri ilə bağlı AÇIQLAMA

"Lap elə bu günlərdə, hətta ola bilər elə bu gün Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, - mən bilmirəm Ermənistanda necə adlandırılır, - bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq. Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, indi buna sosial şəbəkələrdə baxmaq olar, iğtişaşlar səngimir:

"Mənə bu gün məlumat verdilər ki, etirazçılardan on nəfəri saxlanılıb, onlar bizim deputatlarımız üçün sadəcə, təhlükə doğurur. Bundan başqa, bu iclasın iştirakçıları üçün naharın nəzərdə tutulduğu yerdə, - orada isə təbii ki, təkcə bizim vətəndaşlar deyil, həm Avropa Parlamentinin üzvləri, həm Şərq Tərəfdaşlığı ölkələrindən üzvlər var, - restoranın sahibləri azərbaycanlılara xidmət göstərməkdən imtina ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Marqarita Simonyana: “Dedikləriniz həqiqətə uyğun deyil”


Onlar Ermənistanın baş nazirini bunda ittiham edirlər ki, guya o, azərbaycanlılar Yerevana gedəcək deyən Əliyevin fikri ilə oturub-durur. Bəli, mən bunu demişəm. Onu da demişəm ki, tanklarda yox, tədbirlərə gedəcəyik.

Bu, ona görədir ki, onlar özləri razılaşdırılmadan, bütün təhlükəsizlik tədbirləri olmadan getsəydilər, onların üzərində hansı Linç mühakiməsinin qurulacağını və bütün bunların nə ilə qurtaracağını təsəvvür etmək çətin deyil".

"Mən əminəm ki, ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər. Buna görə biz də tədbirlər görürük. Bu mövzu, yeri gəlmişkən, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Viktoroviç Lavrovun səfərləri zamanı müzakirə edilib.

Mən o vaxt izah etməyə çalışdım ki, biz hər hansı ekssess baş verməsinə yol verə bilmərik və onda bizi də ittiham edəcəklər ki, kimsə kiməsə hücum edib, daş atıb, buna görə də biz məsuliyyətli yanaşmalıyıq. Əgər bunların hamısı təşkil edilib və razılaşdırılıbsa, onda buyurun, heç bir məhdudiyyət yoxdur. Üstəlik, Mehribanın dediyi tamamilə doğrudur, müharibənin yaraları sağalmayıb.

Əgər bu yaralar bizdə 30 il ərzində sağalmayıbsa, təbii ki, ikinci müharibədə məğlubiyyətdən sonra erməni xalqının da yaraları indi sağalmayıb. Bunu da başa düşmək lazımdır. Biz axı, hansısa vakuumda yaşamırıq, biz insanlar arasında yaşayırıq və buna məsuliyyətlə yanaşmalıyıq.

Yeri gəlmişkən, bizim, o cümlədən mənim atdığım addımlar, erməni rəhbərliyindən fərqli olaraq, barışmalı olduğumuzu bəyan etməyimiz belə məsələlərin yaranmamasına, bunun adi hala çevrilməməsinə yönəlib. Yəqin ki, İkinci Dünya müharibəsi qurtarandan sonrakı ilk ildə də almanlar və SSRİ vətəndaşları bir-birinə qonaq getməyiblər.

Onda da yəqin ki, müəyyən vaxt lazım olub. Təsəvvür edin, deyək ki, Ukraynanın və ya Belarusun, yaxud Smolenskin işğalı dövründə Moskvaya almanlar gəlsəydilər, onlara nə edərdilər? Yəni, bu analogiya, necə deyərlər, tam adekvatdır. Bu sözləri mövzuya qayıdaraq deyirəm" - Prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

End of content

No more pages to load

RADİO