PREZİDENTƏ TƏBRİKLƏR gəlməkdə davam edir - Yenilənir...

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media məktubu təqdim edir:

"Hörmətli cənab Prezident.
 

Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər.


Strateji Belarus-Azərbaycan tərəfdaşlığının inkişafında Minskin güclü marağını təsdiq edirəm. Əminəm ki, bizim müntəzəm görüşlərimiz, etimada əsaslanan fəal dialoq, həmçinin müxtəlif səviyyələrdə həyata keçirilən sistemli fəaliyyət cari layihələrin uğurla icrasına və yeni ikitərəfli təşəbbüslərin formalaşmasına daim kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, Azərbaycan vətəndaşlarına isə sülh və əmin-amanlıq arzulayıram".

*****

Moldova Prezidenti Maya Sandu azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
 

Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.


Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*****

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm.

Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik.
 

Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf tendensiyasına malik olmasını qeyd etmək sevindiricidir. Əmin olduğumu bildirirəm ki, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı bundan sonra da gücləndirəcəyik və ölkələrimizin xalqlarının əsas maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyətimizin daha da dinamik inkişafını təmin edəcəyik.


Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar, dost Azərbaycanın qardaş xalqına isə hər zaman aydın səma, firavanlıq, əmin-amanlıq və tərəqqi arzulayıram".

*****

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri, əziz həmkarım.

Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
 

Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi.


İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.

Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".

*****

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün həmvətənlərinizi Müstəqillik Günü münasibətilə Qazaxıstan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan suveren inkişafı illərində dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafda və dünya arenasında nüfuzunun artırılmasında böyük uğurlar qazanıb. Şübhəsiz ki, Sizin güclü və müdrik rəhbərliyinizlə qardaş Azərbaycan xalqı davamlı iqtisadi artımın təmin edilməsində və regional güc kimi potensialının möhkəmləndirilməsində yüksək məqsədlərə uğurla nail olacaq.


Qazax xalqı əbədi dostluq və qarşılıqlı hörmət strategiyasına daim sadiq qalır və onu dəstəkləyir, Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən sevinir. Biz strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin gələcəkdə də inkişafına müstəsna əhəmiyyət veririk.

Əminəm ki, yüksək səviyyədə fəal və etimada əsaslanan siyasi dialoq Qazaxıstan-Azərbaycan çoxtərəfli əməkdaşlığının xalqlarımızın əsas maraqları naminə yeni zirvələrə yüksəlməsinə bundan sonra da kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

*****

Estoniya Prezidenti Alar Karis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
 

Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik.


Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*****

Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq və sülh arzularımı çatdırıram.

Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara əsaslanır. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxşı dost və etibarlı tərəfdaşdır.
 

Zati-alinizin Cənubi Qafqazda regionun böyük potensialından istifadə etməyə imkan yaradan davamlı sülhün bərqərar olması istiqamətində yorulmaz səylərini alqışlayıram. Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun davamlı şəkildə inkişafını dəstəkləmək üçün bundan sonra da fəaliyyət göstərəcək.


Fürsətdən istifadə edərək ölkələrimiz arasında ortaq maraq doğuran sahələrdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək məqsədilə Sizi Rumıniyaya səfərə dəvət edirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*****

Keniya Prezidenti Uillyam Samoei Ruto Müstəqillik Günü ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Keniya Respublikasının Hökuməti və xalqı adından, eləcə də öz adımdan Sizə və Azərbaycan xalqına ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının azadlıq, müstəqillik və milli birlik əzmini təcəssüm etdirir.

Bu əlamətdar bayramı qeyd edərkən, xalqlarımızın qarşılıqlı faydası naminə tərəfdaşlığımızı daha yüksək strateji səviyyələrə qaldırmaq üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğumu bir daha təsdiqləyirəm.
 

Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsinə görə Sizi təbrik edirəm. Əminəm ki, Forumun nəticələrinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.


Azərbaycana səfərim zamanı keçirdiyimiz görüşlər ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə yeni təkan verəcəkdir.

Zati-alinizi bir daha bu tarixi gün münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

*****

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ən dərin ehtiramımı ifadə edirəm.

Azərbaycanın suverenliyinin, milli birliyinin və ardıcıl inkişafının təcəssümü olan bu bayram dövlətçilik ənənələrinə hörməti və sabitliyin möhkəmləndirilməsi, firavanlığın təmin edilməsinə yönəlmiş səyləri əks etdirir.

Azərbaycan Respublikası bütün qarşılıqlı fəaliyyət istiqamətləri üzrə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və olaraq qalır.
 

Həştərxan vilayəti ilə Azərbaycan arasında formalaşmış dostluq əlaqələrini yüksək qiymətləndirir və regionumuzla çoxşaxəli qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.


Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və doğma ölkənin daha da inkişafı naminə həyata keçirilən işlərdə yeni nailiyyətlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Son dəqiqə: Dubayın mərkəzində güclü partlayış səsləri eşidilir

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Britaniya kral ailəsi məğlub olan İngiltərə millisinə müraciət etdi

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Azərbaycana ən çox gəlir gətirən meyvə-tərəvəz - SİYAHI

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapıldı- RƏSMİ

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

Deputatın ələ keçirilən "Telegram" hesabı bərpa olundu

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

DÇ-2026: İspaniya millisində final öncəsi ciddi itki - Yamal məşqi yarımçıq dayandırdı

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Alimlər açıqladı: İnsan ömrünün ən xoşbəxt yaşı məlum oldu

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bu xəstələrə verilən dərmanların sayı ARTIRILDI

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

End of content

No more pages to load

RADİO