2030-cu ilədək kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı TƏSDİQLƏNDİ – SƏRƏNCAM

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən,  Nazirlər Kabineti aşağıdakı məsələlər barədə təkliflərini hazırlayıb Prezidentinə təqdim etməlidir:

- üç ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə;

- altı ay müddətində Dövlət Proqramının icrası çərçivəsində buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərində torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi barədə;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi isə buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, o cümlədən bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sərəncamın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 (beş) il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi isə ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını, müvafiq məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminə daxil edilməsini və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürülməsini təmin etməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu Sərəncamın 2.1.2-ci yarımbəndində nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.

Qeyd edək ki, Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO