Ermənistan üçün kritik İKİ HƏFTƏ – Seçkiöncəsi son vəziyyət və qələbə şansları

Xəbər verdiyimiz kimi iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Səsvermə günü yaxınlaşdıqca gərginlik də artır. İlkin proqnozlara görə, ölkənin gələcək taleyini müəyyən edəcək bu seçkilərdə əsas mübarizə revanşistlərlə hazırkı iqtidar arasında gedəcək. Baxmayaraq ki, seçkilərə 19 siyasi partiya və blok qoşulub.

Gallup Beynəlxalq Assosiasiyasının ötən həftə Ermənistanda keçirdiyi sorğunun nəticələri ortaya maraqlı mənzərə çıxarıb.

Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin 28,8%-i hakim Vətəndaş Müqaviləsi partiyasına səs verəcəklərini bildirib. Güclü Ermənistan bloku 14,9% səslə ikinci, “Hayastan” bloku isə 12,1% səslə üçüncü yerdə qərarlaşıb.

Respondentlərin 8,7%-i Çiçəklənən Ermənistan Partiyasına, 5,8%-i Birlik Qanadları Partiyasına, 3,4%-i Demokratiya, Hüquq və İntizam Partiyasına və 2,9%-i Parlaq Ermənistan Partiyasına səs verəcəklərini bildirib. Digər partiya və bloklar respondentlərin cəmi 2-3 faizinin dəstəyini qazanıb.

Seçkilərdə nəticə sorğudakı kimi olarsa...

Məsələ burasındadır ki, Ermənistan qanunvericiliyi parlamentə daxil olmaq üçün iki həddi müəyyən edir: fərdi partiya səslərin ən azı 5%-ni, partiya bloku isə ən azı 7%-ni toplamalıdır.

Mayın əvvəllərində GIA-nın keçirdiyi sorğuya görə, yalnız 11,5% səs toplayan Vətəndaş Müqaviləsi partiyası və 8% səs toplayan Güclü Ermənistan bloku  parlamentə daxil olacaqlar.

Oturacaqlar proporsional sistemlə bölüşdürüldüyündən, Vətəndaş Müqaviləsi parlament yerlərinin 59%-ni (107 yerdən 63-nü), Güclü Ermənistan isə 41%-ni (44 yer) alacaq. Bu, hazırda 71 yerə sahib olan Vətəndaş Müqaviləsinin bir qədər zəifləməsi demək olsa da, hazırda iki blok arasında 36 yerə sahib olan millətçi müxalifətin də bir xeyli mandat itirəcəyi anlamına gəlir. Bu da o deməkdir ki,  parlament yenə də Nikol Paşinyanın nəzarəti altında qalacaq.

Xalq siyasi çəkişmədən bezib.

Görünən mənzərə və aparılan sorğular onu göstərir ki, erməni cəmiyyətində siyasi proseslərə maraq kəskin azalıb.
 

Təsadüfi deyil ki, GIA sorğusunun ümumi mənzərəsi Ermənistan vətəndaşlarının siyasi elitalarından məyusluğunu göstərir. Məsələn, sorğu de-yure parlament seçkilərində Vətəndaş Müqaviləsi partiyasının qələbəsini proqnozlaşdırır. Lakin de-fakto Ermənistan seçicilərinin maraqlarına tam uyğun olan siyasi qüvvə yoxdur. Bunun nəticəsidir ki, Sorğuda iştirak edənlərin dörddə birindən azı mövcud parlament partiyalarından birinə səs verib.


Respondentlərin üçdə biri isə seçki məntəqələrinə getmək istəmir və ya "heç kimə səs verməmək" üçün gedəcək və ya bülletenlərini korlayacaq. Digər dörddə biri kimə səs verəcəklərini bilmir və ya mövqelərini açıqlamaq istəmir. Qalan 15% nə Nikol Paşinyana, nə də Köçəryana və Sarkisyana səs vermək istəmir, ona görə də Ermənistan siyasətində heç bir rol oynamayan onlarla partiyadan birinin lehinə təsadüfi seçim edirlər.

Seçkilərə gözlənilən xarici təsirlər

7 iyun parlament seçkilərinə hər zamankından daha çox xarici təzyiqlərin olacağı gözlənilir. Xüsusilə Rusiyadan hərtərəfli basqıların olacağı ehtimal edilir. Çünki Paşinyanın apardığı siyasət Rusiyanın maraqları ilə üst-üstə düşmür. Əksinə daha çox anti-Rusiya meyillidir.

Bu səbəbdən də Rusiya bu seçkilərə həm köhnə, həm də yeni komandalarla hazırlaşır.

Son sorğuların nəticəsinə görə Rusiyada yaşayan iş adamı Samvel Karapetyanın bu seçkilərdə şansı daha çoxdur. Onun liderlik etdiyi blok Paşinyanın partiyasından sonra ikinciliyə əsas namizəddir. Amma bütün hallarda Karapetyan bugünkü vəziyyətdə Paşinyana böyük fərqlə uduzur.

Ona görə də Rusiya revanşistlərə də “stavka” edir. Xüsusilə də sabiq prezidentlər - Robert Köçəryana və Serj Sarkisyana böyük ölçüdə dəstək var.

Nəyə görə Paşinyanın şansları daha böyükdür?

İlk səbəb odur ki, seçkilərə 19 siyasi partiya və blok qoşulub. Bu da o deməkdir ki, səslər kifayət qədər parçalanacaq. Xüsusilə də revanşist və Rusiyameyilli qüvvələr seçkilərə çoxsayda partiya və bloklardan qoşulub. Əgər yaxın bir həftə ərzində müxalif partiyalar ortaq məxrəcə gəlməsə və müəyyən siyasi blok və partiyalar seçkilərdən kimlərinsə xeyrinə geri çəkilməsə, o zaman Paşinyanın mütləq qələbəsi qaçılmaz olacaq.

Hazırkı siyasi mübarizə şəraiti Paşinyanın qələbəsi üçün münbit şərait yaradır

İndiki iqtidarın qələbəsi üçün digər səbəblər də var. Nəhayət ki, Paşinyanın siyasi qətiyyəti hesabına Ermənistanın 30 illik “nə sülh, nə müharibə” siyasətinə son qoyuldu. Artıq regionda faktiki sülh hökm sürür.

Ermənistan iqtisadiyyatı da Köçəryan-Sarkisyan dövrü ilə müqayisədə inkişaf edib.
 

Təbii ki, bu faktorun hər bir erməninin sosial durumuna öz təsiri olub. Ona görə də seçicilərin sülhə, rifaha səs verəcəyi daha inandırıcı görünür. Bu mənada Nikol Paşinyanın 7 iyun seçkilərində qalib gəlmə ehtimalı böyükdür.


Əks təqdirdə müxalifətin seçkilərdə qalib gəlməsi Ermənistanı yenidən xaosa və müharibəyə sürükləyə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Co Baydenin oğlu etiraf etdi

Co Baydenin oğlu etiraf etdi

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

Salyanda ağır qəza: 5 yaralı var

Salyanda ağır qəza: 5 yaralı var

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO

Bərə qəzasına görə nazir işdən çıxarıldı

Bərə qəzasına görə nazir işdən çıxarıldı

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

Dünyanın ən varlı 10 insanı açıqlandı

Dünyanın ən varlı 10 insanı açıqlandı

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş tarixi hadisələr

Sentyabrın ən şanslı 5 BÜRCÜ

Sentyabrın ən şanslı 5 BÜRCÜ

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Orhan Gencebayın xanımı fotoşopla özünü 40 yaş cavanlaşdırdı

Bu yayın ən çox transfer edən klubları bilindi

Bu yayın ən çox transfer edən klubları bilindi

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

End of content

No more pages to load

RADİO