"Xankəndidə yaşayan ermənilər mümkün qədər Azərbaycan vətəndaşlığını tez almalıdırlar ki, sosial və iqtisadi resurslardan istifadə edə bilsinlər".
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Mirkişili Avronest Parlament Assambleyası nümayəndələrinin Ermənistan parlamentinin sədri vəzifəsini icra edən Akop Arşakyanla görüşündə səsləndirib.
Onun sözlərinə görə, onların hazırkı vəziyyəti Azərbaycanda narahatlıq doğurur.
Bundan əlavə, M.Mirkişili sülhün və ölkələr arasında əlaqələrin inkişafının vacibliyini qeyd edib.
Bizim.Media