REAL-dan Moskva Bəyannaməsinə REAKSİYA

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə dair Respublikaçı Alternativ (REAL) Partiyası mövqeyini paylaşıb. 

Bizim.Media xəbər verir ki, partiya lideri İlqar Məmmədov sosial şəbəkə hesabında etdiyi paylaşımda bununla bağlı məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı - VİDEO


REAL-ın mövqeyini təqdim edirik: 

“22 fevral 2022-ci il tarixində Moskvada Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin imzaladığı Bəyannamə prezidentlərin görüşündən öncə bizdə və ictimaiyyətdə yaranmış mənfi gözləntiləri aradan qaldırdı. 

Arxasında hüquqi qüvvəsi olmayan şifahi ya da gizli yazılı anlaşma yoxdursa, Bəyannamənin mətni və ümumi ruhu düzgün tətbiq edildikdə o, Azərbaycanla Rusiya arasında münasibətlərin sabit məcrada, ölkəmizin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına, daxili işlərinə qarışılmamasına, ölkələrimiz arasında hüquq bərabərliyinə, qarşılıqlı faydaya, mübahisələrin dinc yolla həllinə, gücün tətbiq edilməməsinə, güc hədəsindən imtinaya, beynəlxalq hüquq və normalarına əsaslanaraq davam etməsi üçün imkanları möhkəmləndirir. 

Sənədin geniş əhatəli olması publik diplomatiyanın regionumuza xas ənənələrindən irəli gəlir və Azərbaycanın üzərinə aşırı ya da yersiz öhdəliklər qoymur. 

Bəyannamənin ortaya çıxması Azərbaycanın da mənsub olduğu geniş Şərqi Avropa coğrafiyasında son zaman davamlı hal almış gərginliklə əlaqədardır.  Bu baxımdan, sənəd Azərbaycana həmin gərginliyin tərkib hissəsi olmamaq fürsətini verir ki, bu da ölkəmiz qarşısında duran post-münaqişə vəzifələri üzərində diqqətimizi daha çox cəmləməyə bizə imkan yaradır. 
 

Bəyannamə ötən il Türkiyə və Azərbaycan arasında imzalanan və aylar sonrası Milli Məclisdə təsdiqlənən Şuşa Bəyannaməsi, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən təməl üzunmüddətli qarşılıqlı fəaliyyəti təyin edəcək sənədin bağlantısında mövcuddur. 


Respublikaçı Alternativ partiyası bütün bu amilləri və bundan sonra müşahidə edəcəyi regional və ikitərəfli siyasi dinamikanı nəzərə alaraq Milli Məclisdə Bəyannamənin lehinə ya da əleyhinə səs vermək qərarını qəbul edəcək”. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

End of content

No more pages to load

RADİO