Tarix və müasirliyin VƏHDƏTİ - Bakıda formalaşan gələcəyin şəhər modeli

Məlum olduğu kimi, mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun – WUF13-ün açılış mərasimi baş tutub. Tədbirdə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma siyasətinin strateji mahiyyətini bir daha ortaya qoyub. Dövlət başçısının çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycanın qədim şəhərçilik ənənələrinə malik olması idi.

Bu, təsadüfi yanaşma deyil. Azərbaycan xalqı tarixən şəhəryaradan xalq kimi formalaşıb. Qədim Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı, Şəki kimi şəhərlər əsrlər boyu regionun siyasi, iqtisadi və mədəni mərkəzləri olub. Bu şəhərlərin hər biri yalnız yaşayış məkanı deyil, həm də ticarətin, elmin, sənətin və mədəniyyətin inkişaf etdiyi mühüm urbanizasiya ocaqları kimi tarixə düşüb.

Prezident İlham Əliyevin çıxışında Şamaxı, Naxçıvan, Şəki və Lahıcın xüsusi vurğulanması da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, Şamaxıda yerləşən və 743-cü ildə tikilmiş məscid dünyanın ən qədim ibadət məkanlarından biridir. Naxçıvanda Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun türbəsi isə Azərbaycan memarlıq məktəbinin zirvə nümunələrindən hesab olunur.

Tarixi qoruyaraq müasirləşən Azərbaycan modeli

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Bakıda qədimliklə yenilik arasında təbii vəhdət mövcuddur” fikri Azərbaycanın şəhərsalma siyasətinin əsas fəlsəfəsini ifadə edir. Bu siyasətin əsasında tarixi qorumaqla müasir şəhərsalma prinsiplərinin tətbiqi dayanır.
 

Bakıda İçərişəhərin qədim memarlığı ilə müasir şəhər infrastrukturu arasında yaradılan harmoniya artıq dünya miqyasında diqqət çəkən urbanizasiya modelinə çevrilib. Dövlət başçısının da qeyd etdiyi kimi, Bakı Bulvarının genişləndirilməsi, müasir yaşayış zonalarının yaradılması və tarixi memarlığın qorunması paralel şəkildə həyata keçirilir.


Azərbaycanın urbanizasiya tarixində XIX əsrin ikinci yarısından başlayan mərhələ isə xüsusi önəm daşıyır. Neft sənayesinin inkişafı ilə Bakı qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevrildi. Avropa memarlarının layihələndirdiyi binalar şəhərin memarlıq simasını formalaşdırdı. Prezidentin vurğuladığı kimi, Bakı bu gün Şərqlə Qərbin qovuşduğu nadir məkanlardan biridir və bu, şəhərin memarlıq ruhunda da açıq şəkildə hiss olunur.

Şəhərsalma siyasətinin mərkəzində insan amili dayanır

Ölkəmizdə müstəqillik dövründə şəhərsalma siyasəti daha sistemli və strateji xarakter almağa başlayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu istiqaməti daim diqqətdə saxlayır, ölkənin bütün bölgələrində genişmiqyaslı layihələrin icrasına xüsusi önəm verirlər.
 

Bu gün Azərbaycanda şəhərsalma yalnız tikinti prosesi kimi qəbul olunmur. Bu siyasət sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması, müasir nəqliyyat infrastrukturunun qurulması, yeni ictimai məkanların yaradılması və tarixi-mədəni irsin qorunmasını özündə birləşdirən kompleks inkişaf modelidir.


Son illərdə Bakıda və regionlarda həyata keçirilən layihələr bunu aydın şəkildə göstərir. Yeni parklar, yaşıllıq zonaları, yol qovşaqları, metro və ictimai nəqliyyat sisteminin yenilənməsi ölkənin müasir simasının formalaşmasına ciddi töhfə verir.

Qara şəhərdən Ağ şəhərə: ekoloji dönüş nümunəsi

Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Bakının ekoloji transformasiyası ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, Bakı 1846-cı ildən başlayaraq neft hasilatının əsas mərkəzlərindən biri olub və uzun illər ərzində ekoloji məsələlərə demək olar ki, diqqət yetirilməyib.

Lakin son illərdə həyata keçirilən layihələr nəticəsində vaxtilə çirklənmiş ərazilər müasir yaşayış və ictimai məkanlara çevrilib. Prezidentin vurğuladığı kimi, bir zamanlar ağır sənaye və ekoloji problemlərlə tanınan Qara şəhər bu gün Ağ şəhər layihəsi ilə şəhərsalmanın ən uğurlu nümunələrindən birinə çevrilib.

Bu transformasiya Azərbaycanın şəhərsalmada yalnız estetik deyil, həm də ekoloji dayanıqlılığa üstünlük verdiyini göstərir.

Qarabağda qurulan yeni həyat modeli

Prezident İlham Əliyevin çıxışında əsas yerlərdən birini işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri tutdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma siyasəti artıq beynəlxalq səviyyədə unikal model kimi qiymətləndirilir.
 

Dövlət başçısı Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq şəhərin tamamilə dağıdıldığını vurğuladı. Prezidentin sözləri ilə desək, bu dağıntılar bir günün deyil, 30 illik işğalın nəticəsi idi.


Bu gün isə həmin ərazilərdə tamamilə yeni şəhərlər və kəndlər qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir, yaşıl enerji layihələri həyata keçirilir, müasir infrastruktur yaradılır.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, artıq 85 mindən çox insan keçmiş məcburi köçkün kimi öz doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Böyük Qayıdış strateji dövlət proqramı kimi

Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri yalnız tikinti layihəsi deyil. Bu proses Azərbaycanın milli inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin qeyd etdiyi rəqəmlər görülən işlərin miqyasını açıq şəkildə göstərir:

“5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib”. 

Ən vacib məqamlardan biri isə məşğulluq məsələsidir. Dövlət başçısının vurğuladığı kimi, sənaye zonalarının yaradılması və iqtisadi layihələrin həyata keçirilməsi insanların öz torpaqlarına davamlı şəkildə qayıdışını təmin edən əsas amillərdən biridir.

Azərbaycan qlobal dialoq platformasına çevrilir

Bu gün Azərbaycanın şəhərsalma sahəsində nümayiş etdirdiyi unikallıq yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Bu unikallıq həm də ölkənin beynəlxalq nüfuzunda və qlobal proseslərdə oynadığı rolda özünü göstərir.
 

Dünyanın müxtəlif bölgələrində müharibələrin və siyasi qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanın COP29 və WUF13 kimi mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin təhlükəsiz və etibarlı tərəfdaş statusunu daha da gücləndirir.

 

WUF13 forumunda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın artıq qlobal müzakirələrin aparıldığı mühüm platformalardan birinə çevrildiyini göstərir.

Gələcəyin inkişaf modeli Bakıda formalaşır

Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi mesajların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan yalnız şəhərlər inşa etmir. Azərbaycan gələcəyin inkişaf modelini qurur.

Bu modeldə tarixi yaddaş qorunur, milli irs yaşadılır, insan amili ön plana çıxarılır, müasir urbanizasiya prinsipləri dayanıqlı inkişaf konsepsiyası ilə birləşdirilir.

Məhz buna görə də Azərbaycanın təcrübəsi bu gün yalnız region üçün deyil, daha geniş coğrafiya üçün də maraq doğuran inkişaf nümunəsinə çevrilməkdədir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyadan Latviyaya XƏBƏRDARLIQ – “NATO da sizi qoruya bilməyəcək”

Rusiyadan Latviyaya XƏBƏRDARLIQ – “NATO da sizi qoruya bilməyəcək”

“Sabah” ilə oyunda ağır zədə alan Santosun SON DURUMU

“Sabah” ilə oyunda ağır zədə alan Santosun SON DURUMU

Tarix və müasirliyin VƏHDƏTİ - Bakıda formalaşan gələcəyin şəhər modeli

Tarix və müasirliyin VƏHDƏTİ - Bakıda formalaşan gələcəyin şəhər modeli

"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"

"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"

Elşad İskəndərov: “İqlim dəyişikliklərindən ən çox maliyyə baxımından həssas dövlətlər təsirlənir”

Elşad İskəndərov: “İqlim dəyişikliklərindən ən çox maliyyə baxımından həssas dövlətlər təsirlənir”

Hikmət Hacıyev: “Müharibələr və münaqişələr artıq bizim üçün keçmişdə qalıb”

Hikmət Hacıyev: “Müharibələr və münaqişələr artıq bizim üçün keçmişdə qalıb”

Baykal gölündə dəhşətli qəza – Beş nəfər həyatını itirdi – VİDEO

Baykal gölündə dəhşətli qəza – Beş nəfər həyatını itirdi – VİDEO

İqor Sergeyenko İlham Əliyevin qəbulunda – FOTO

İqor Sergeyenko İlham Əliyevin qəbulunda – FOTO

Bakıda tramvay bərpa olunur - Növbə Sumqayıt və Gəncənindir?

Bakıda tramvay bərpa olunur - Növbə Sumqayıt və Gəncənindir?

Gələn həftə beş gün İŞ OLMAYACAQ

Gələn həftə beş gün İŞ OLMAYACAQ

“Sabah”ın legioneri Xorvatiya klubuna KEÇƏ BİLƏR

“Sabah”ın legioneri Xorvatiya klubuna KEÇƏ BİLƏR

Taxtalar kəndinin yeganə şəhidinin ANIM günüdür - FOTO

Taxtalar kəndinin yeganə şəhidinin ANIM günüdür - FOTO

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Hüzura və böyük xoşbəxtliyə qovuşacaq 3 bürc

Hüzura və böyük xoşbəxtliyə qovuşacaq 3 bürc

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

Azərbaycan dili imtahanında iştirak etməyənlərə ikinci şans veriləcək – DİM-dən AÇIQLAMA/ÖZƏL

Azərbaycan dili imtahanında iştirak etməyənlərə ikinci şans veriləcək – DİM-dən AÇIQLAMA/ÖZƏL

Ələt yolundakı qəzalı körpü sökülür - VİDEO

Ələt yolundakı qəzalı körpü sökülür - VİDEO

Türkiyədə 110 İŞİD üzvü saxlanıldı

Türkiyədə 110 İŞİD üzvü saxlanıldı

Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində

Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində

WUF13-dən enerji diplomatiyasına... - Prezidentin “Euronews”a müsahibəsindən STRATEJİ MESAJLAR

WUF13-dən enerji diplomatiyasına... - Prezidentin “Euronews”a müsahibəsindən STRATEJİ MESAJLAR

4 ayda Azərbaycan Gürcüstandan 50 milyon dollarlıq avtomobil idxal edib

4 ayda Azərbaycan Gürcüstandan 50 milyon dollarlıq avtomobil idxal edib

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib - Umayra Tağıyeva

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib - Umayra Tağıyeva

Xəyyam Məmmədov: “Azərbaycanda daşqın hadisələrinin sayı artıb”

Xəyyam Məmmədov: “Azərbaycanda daşqın hadisələrinin sayı artıb”

Bankomatdan zədəli pul çıxarsa... - Vətəndaş hara müraciət etsin?

Bankomatdan zədəli pul çıxarsa... - Vətəndaş hara müraciət etsin?

End of content

No more pages to load

RADİO