Vuçiç Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdü - FOTO/VİDEO

Bakıda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri arasında görüş keçirilib.
 
Bizim.Media  xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Serbiya Respublikasının Maliyyə Nazirliyi və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, yerli müəssisə, şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər.
 
Görüşdə Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı və biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
 
Görüşdə çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əməkdaşlığın dövlət başçılarının güclü siyasi iradəsi və dialoqu əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, 2024-cü ilin yanvar ayından etibarən Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və Niş şəhərində birgə qazla işləyən elektrik stansiyası layihəsinin icrası enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə keçdiyini nümayiş etdirir.
 

Maliyyə naziri qeyd edib ki, Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığı təkcə enerji sahəsi ilə məhdudlaşmır, ölkələr arasında yaranmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq nəticəsində infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiya kimi sahələrdə geniş və real əməkdaşlıq imkanları formalaşıb. Eyni zamanda, Azərbaycanın əlverişli investisiya mühiti, makroiqtisadi sabitliyi, strateji coğrafi mövqeyi və müasir nəqliyyat-enerji infrastrukturu sayəsində regionda mühüm ticarət və investisiya mərkəzi kimi mövqeyini daha da gücləndirdiyi diqqətə çatdırılıb.


 S.Babayev bildirib ki, "AzVirt" şirkətinin Serbiyada həyata keçirdiyi iri infrastruktur layihələri Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda artan iştirakını nümayiş etdirən mühüm nümunələrdəndir. O cümlədən, SOCAR ilə birgə layihələr, yaşıl enerji, infrastrukturun inkişafı və sənaye sahələrində əməkdaşlıq imkanlarının hazırda müzakirə olunduğu qeyd olunub. Nazir əlavə edib ki, turizm sahəsi tərəflər arasında yeni əməkdaşlıq istiqaməti kimi formalaşır və bu sahədə Serbiya tərəfinin Azərbaycan şirkətləri ilə birgə layihələrə maraq göstərməsi praktiki imkanları daha da genişləndirir.
 
Azərbaycanın maliyyə naziri, həmçinin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihə imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
 

İclasda çıxış edən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Prezident iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.


 Serbiya Prezidenti Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin daha da gücləndirilməsi vacibdir.

Serbiya Prezidenti, həmçinin enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə “Serbiagas” arasında yeni qaz elektrik stansiyasının inşası üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. A.Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortu, eləcə də kənd təsərrüfatı məhsulları sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.
 

Serbiya Baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali isə ölkəsinin investisiya mühiti, iqtisadi inkişaf prioritetləri və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb. O, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə biznes təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.


 Serbiyanın İnkişaf Agentliyinin strateji investisiyalar departamentinin direktoru Vladimir Tomiç Serbiyada xarici investorlar üçün mövcud dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Serbiya bazarı Azərbaycan şirkətləri üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları təqdim edir.
 
Tədbir çərçivəsində şirkət və assosiasiyaların təqdimatları keçirilib, onların fəaliyyət istiqamətləri, ixrac və investisiya potensialı, Serbiya tərəfi ilə mümkün əməkdaşlıq sahələri barədə məlumat verilib. Görüş Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, biznes dairələri arasında praktiki əməkdaşlığın təşviqi və qarşılıqlı faydalı layihələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.


 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

End of content

No more pages to load

RADİO