Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dünyada insanların üzləşdiyi mənzil böhranına qarşı bütün səviyyələrdə siyasətlərin hazırlanması və konkret həll yollarının tapılması istiqamətində iş aparılır.
Bizim.Media xəbər verir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anacláudia Rossbach jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forum çərçivəsində şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi və dayanıqlı, əlçatan yaşayış mühitlərinin formalaşdırılması əsas prioritetlərdəndir.
Bizim.Media