Rusiyanın “Blitzkrieg‎” PLANI – Putinin ildırım sürətli qərarı Qərbi çaşbaş saldı

Beləliklə, Rusiya Luqansk və Donetskin müstəqilliyini siyasi və hüququ cəhətdən tanıdı. Duma artıq müvafiq sənədi də ratifikasiya edib. Demək olar ki, Rusiyanın bu addımı gözlənilən idi. Bu addımın atılmasını Rusiyanı Qərb vadar etdi desək heç də yanılmarıq. Qarşıdurmanın ilk günlərindən başlayaraq bunun Qərb tərəfindən düşünülmüş bir oyun olduğunu və Ukraynanın da bu oyunda vasitə olduğunu Rusiya dəfələrlə bildirib.

Əsas məqsəd Ukraynadan platsdarm kimi istifadə etməklə Rusiyanı yeni müharibəyə sürükləmək idi.

Rusiya bu ssenari ilə 2014-cü ildən tanış idi. Bilinirdi ki, Qərb Ukraynaya silah göndərəcək, siyasi və iqtisadi dəstək göstərəcək lakin, son anda müharibənin başlanmasını istəməyəcək və ya bu istiqamətdə heç bir addım atmayacaq. Burda əsas hədəf Rusiyanı təxribata sövq etməklə müharibənin başlanmasına nail olmaq idi ki, buna da Qərb nail ola bilmədi. Qarşılıqlı əzələ nümayişi, silahlı qüvvələrin Ukraynaya cəmlənməsi, Qərbin silah yardımı belə məsələni Ukraynanın və Qərbin xeyrinə həll olunacağını təmin etmədi.

Qərb dəfələrlə ən yükəsək kürsüdən Rusiyanı hədələyəcək tonda xəbərdarlıq etməsinə rəğmən Rusiya əsl soyuqqanlıq göstərərək Minsk danışıqlarını, beynəlxalq hüquq prinsiplərini və NATO ilə 90-cı illərdə əldə edilmiş şifahi razılaşmanı arqument gətirirdi.

Avropanın elçiləri qismində Fransa sonra isə Almaniyanın Rusiya səfərləri də gözlənilən nəticələri vermədi. Buna cavab olaraq fevralın 18-də Rusiya nüvə silahlarının, ballistik və kontinental raketlərin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirdi.

Bununla da Qərbin alovlu çıxışları sanki sönməyə başladı. ABŞ prezidentinin bundan sonrakı bəyanatı Rusiyanı daha da irəli getməsinə kart-blanş verdi.
 

Bayden bildirdi ki, biz Ukraynaya heç bir amerikan əsgəri göndərməyəcəyik lakin, NATO-nun maraqlarını müdafiə edəciyik. Bu konkret olaraq ABŞ-ın müharibədən yayınmasına bir işarə idi. Eyni ilə 2008 və 2014-cü il Gürcüstan və Ukrayna ssenarisi təkrar oldu.


Luqansk və Donetskin Rusiya tərəfindən tanınması zaman faktoru ilə bağlı idi. Rusiya bunu əlverişli və lazım olan məqam üçün saxlamışdı. Təbii ki, 2014-cü il hadisələrindən sonra bu ərazilərin tanınmaması və yenidən Ukraynaya qaytarılmasını Rusiya tərəfindən zəiflik nümunəsi kimi qiymətləndirmək olardı.

Rusiya SSRİ-nin siyasi varisi kimi Avrasiya və Şərqi Avropa coğrafi məkanında yeni qlobal oyunçunun meydana çıxmasına və onu sıxışdırmasına heç bir zaman razı ola bilməzdi.

Bu cəhətdən Ukrayna onun üçün olduqca vacib məntəqə idi həm də Ukrayna ərazisindən Rusiya üçün real təhlükə yaradılması var idi. Bzejinski bunu hələ illər əvvəl qeyd etmişdi ki, “Ukraynasız Rusiya imperiya və siyasi güc ola bilməz”. Məhz bu səbəbdən də Rusiya qarşıdurmanın ilk günlərindən “vacib 3 prinsip” üzərində inadkarlıqla dayandı. NATO-nin şərqə doğru irəliləməməsi, hava hücumundan müdafiə və zərbə qüvvələrinin Rusiya sərhədlərindən uzaqda yerləşdirmək və NATO-nun sərhədlərinin 1997-ci il vəziyyətinə qaytarılması Rusiya diplomatiyasının əsas dəyişməz sütunu olaraq axıradək qaldı.

Baş verən son hadisələr dünyanın daha doğrusu Avropanın təhlükəsizliyinə dair yeni konsepsiyanın və Rusiya ilə münasibətlərə yenidən baxılmasını şərtləndirdi.

Burada da bir sıra Avropa dövlətlərinin Rusiyadan qaz asılılığı və ikitərəfli strateji müttəfiqliyi baxımından ikitirəlik meydana çıxmışdır. Eyni zamanda NATO və ABŞ birliyinə qarşı çıxan Avropa dövlətləri də  ciddi seçimlə qarşılaşdılar.
 

MÖVZU İLƏ BAĞLI:

Putin qondarma DXR və LXR tanıdıqlarını açıqladı - VİDEO


BMT-nin Təhlükəsizlik Şurasının yaxın saatlarda Ukraynada yaranmış vəziyyətlə bağlı növbədənkənar iclas keçirəcəyi gözlənilir. Dünəndən etibarən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Moldova, Gürcüstan, Yaponiya, Polşa və bir sıra digər dövlətlər Rusiyanın demarşına qarşılıq olaraq siyasi, iqtisadi və hüquqi sanksiyaların dərhal tətbiq olunmasını tələb etdilər.

Lakin, artıq burada bir qədər gecikmə var.

Birincisi,
Münxen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna prezidenti bildirmişdir ki, “gözləməyə ehtiyac yoxdur, əgər sanksiyaları tətbiq etmək istəyirsinizsə, bunu dərhal etmək lazımdır, indi. Sonradan bunun heç bir xeyri olmaycaq”.

İkincisi, Rusiya artıq birinci dəfə deyil ki, sanksiyalarla rastlaşacaq. Artıq Rusiyada sanksiyalar qarşı bir immunitet də yaranıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Rusiyanın məzmun və keyfiyyətcə hər bir sanksiyaya hazır olduğunu elan edib.

Əgər Qərbin üstünləyici silah arsenalı qarşısında Rusiya öz ambisiyalarından çəkinmədisə, çətin ki, sanksiyalar qarşısında bunu etsin.

Nəticədə, Rusiya son 24 saat ərzində dünyanın siyasi nizamını dəyişən addım atmaqla yenidən dünya ölkələrini və beynəlxalq təşkilatları çətin vəziyyət qarşısında qoydu. Əslində bu Rusiyanın yeni bir blitskriqi idi ki, təmkinlə onun icra olunacağı zamanı gözləyirdi.
 

Bəlkə də ən sərt sanksiyalar, məhdudiyyətlər və məhrumiyyətlər tətbiq olunacaq lakin, Qərbi Sibir kimi əl dəyilməmiş zəngin ehtiyalara malik olan imperiya xislətli Rusiyaya bu nə dərəcədə təsir edəcək?


Bunu zaman göstərəcək. Bu vəziyyətdən isə Ukrayna və qarşıdurmanın Qərbin xeyrinə həll olunmasına ümid bəsləyən Moldova və Gürcüstan itirdi. Rusiyanın blitskriq oyunu bir münaqişəni öz xeyrinə həll etməklə digər iki məntəqədəki mövcudluğunu da ən yaxın 10 ilə sabit etdi.  

Amid Əliyev, Politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

End of content

No more pages to load

RADİO