Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimindən yadda qalanlar – FOTO/VİDEO

Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb.

Əvvəlcə təşkilatın birillik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.
 

O qeyd edib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib.


Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb.

Nəzərə çatdırıb ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib ki, bugünkü görüş təkcə institusional bir mərhələ deyil, həm də Azərbaycanda keçirilən COP29 zamanı yaranan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun, Qlobal Cənubun yaradılmasının davamıdır.

Eyni zamanda, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformalar yaratmaq baxımından davamlı öhdəliyidir.

Onun sözlərinə görə, bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir.

Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub Platformasının vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edildiyini deyib. Bildirib ki, Platforma artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır.
 

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.


Müraciətdə bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirir.

Qeyd edilib ki, Qlobal Cənub QHT Platforması qlobal həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır.

Müraciətdə, həmçinin inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənuba dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsinin və heç kimin diqqətdən kənarda qalmamasının vacibliyi vurğulanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva nəzərə çatdırıb ki, bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir. Belə bir dövrdə Qlobal Cənubun baxış bucağı daha aydın və daha güclü şəkildə eşidilməlidir.
 

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib tədbirin əhəmiyyətini qeyd edib. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin vətəndaş cəmiyyətinin Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında əvəzolunmaz olduğuna tam inandığını söyləyib.


Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Gallegosun sözlərinə görə, bu gün xalqlarımızın və ölkələrimizin üzləşdiyi çoxsaylı çağırışlarla mübarizə aparmaq üçün əvvəlkindən də daha çox birləşməyimiz tələb olunur.

Dağıdıcı hərəkətlərə, parçalanmaya yox deyən Luis Gallegos dialoq, danışıqlar və konsensusun yaradılmasının vacibliyini qeyd edib.

Somali Federativ Respublikası Prezidentinin müşaviri, “Sadar” İnstitutunun təsisçisi və baş icraçı direktoru Mohamed Osman Mohamoud bildirib ki, Azərbaycan bu gün həm regional, həm də sivilizasiyalar arasında bir körpü kimi çıxış edir, dialoqun, sülhün və dayanıqlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atır.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim qeyd edib ki, Qlobal Cənubda sürətli şəhər transformasiyası dövründə forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir. Bu tədbir beynəlxalq görüşdən daha artığıdır. Bu gün Qlobal Cənub insanlığın əsasən Afrikada, Asiyada, Latın Amerikasında və digər inkişaf etməkdə olan regionlardakı şəhərlərdə yaşayacağı bir dövrə qədəm qoyub.

Tədbir çərçivəsində Qlobal Cənub QHT Platformasının institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənədi qəbul edilib.

Daha sonra Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib.

Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Beləliklə, qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək.
 

Keniya təmsilçisi Mithika Mwenda GSNP Baş katibinin Afrika regionu, Özbəkistan təmsilçisi Bobur Bekmurodov Asiya regionu, Ekvador təmsilçisi Luis Gallegos Latın Amerikası regionu, Filippindən olan Cecile Guidote-Alvarez isə Sakit okean regionu üzrə müavini seçiliblər.


Daha sonra GSNP-nin rəhbər strukturuna seçilənlər təqdimatlarla çıxış ediblər.

Baş Assambleya işini panel iclasları ilə davam etdirib.

Sonda Qlobal Cənub QHT Platformasının Birinci Baş Assambleyasının yekun bəyannaməsi qəbul olunub.

















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

End of content

No more pages to load

RADİO