Bu günYeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında müşavirə keçirilib.
YAP-dan Bizim.Media-ya verilən məlumata görə, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, YAP Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, mətbu orqanlarının, Mərkəzi Aparatının rəhbər şəxslərinin və yerli təşkilat sədrləri iştirak edib.
Tədbirdə partiyada aparılmış islahatlardan sonra qarşıda duran strateji vəzifələr geniş müzakirə olunub.
Müşavirədə qarşıda dayanan vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bizim.Media