Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirildi – FOTO

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikası Rusiya Federasiyası ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur.

Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm impuls verdiyi vurğulanıb.

Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin ötən ilin oktyabrında Düşənbədə keçirilmiş görüşünün ikitərəfli əməkdaşlıqla yeni mərhələnin əsasını qoyduğunu, mart ayında Bakıda baş tutmuş yüksək səviyyəli təmasların isə praktik nəticələr verdiyini bildirib.

O, mürəkkəb regional şəraitə baxmayaraq, əməkdaşlığın davamlı inkişaf etdiyini xüsusi qeyd edib.

Çıxışda Azərbaycanın regional sabitliyə və humanitar əməkdaşlığa verdiyi töhfələrə toxunaraq, İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstək, eləcə də Rusiya humanitar yardımının Azərbaycan ərazisindən tranziti üçün yaradılan şərait vurğulanıb.

Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mövcud mürəkkəb geosiyasi şəraitdə də etibarlı və fasiləsiz fəaliyyət göstərərək öz rəqabətqabiliyyətini sübut edib.

İqtisadi məsələlərə toxunan Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ərazisindən müxtəlif istiqamətlərən, o cümlədən Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı məhudiyyətlərin aradan qaldırılması regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Hazırda Azərbaycan ərazisindən tranzitlə Ermənistana təxminən 26 min ton yük daşınıb.
Kənd təşərrüfatı məhsulları üzrə ticarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edilib ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qalır.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarına çatıb. Çıxışda investisiya əməkdaşlığının müsbət dinamikası xüsusi qeyd edilib.

Bildirilib ki, Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard ABŞ dollarını, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir.

Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.

Şahin Mustafayev nəqliyyat-logistika sahəsini əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. Xüsusilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının strateji əhəmiyyəti vurğulanıb, dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırmanın yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub.

Bildirilib ki, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.

Şahin Mustafayev Araz vadisi iqtisadi zonasında “Kamaz” servis mərkəzinin və Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfrindən uşaq bağçasının tikintisini yüksək qiymətləndirib və Rusiya tərəfinə təşəkkür edib.

Rusiya tərəfdən çıxış edən Rusiya Federasiyası Höküməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını qeyd edib.

O, nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğunu bildirib, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Overçuk Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını qeyd edib.

İclas zamanı tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

A.Overçuk Rusiya Federasiyası tərəfindən İran İslam Respublikasına göndərilimiş humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Sonda Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb.

İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasının Protokolunu imzalayıblar.

Zəngilan səfəri çərçivəsində Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərində, Ağalı kəndində olublar, Ağbənd avtomobil körpüsü, Horadiz–Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar.

Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolunun əsas komponenti, Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm həlqəsini formalaşdıracaq.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tələbələrdən bu arayış tələb olunmayacaq – Qayda DƏYİŞDİ

Tələbələrdən bu arayış tələb olunmayacaq – Qayda DƏYİŞDİ

Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... – VİDEO

Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... – VİDEO

Zukerberq özünün süni intellekt əkizini YARADIR

Zukerberq özünün süni intellekt əkizini YARADIR

Azərbaycanda internetin sürəti artıb – RƏSMİ

Azərbaycanda internetin sürəti artıb – RƏSMİ

Onun vəfatından sonra bu qərarı verdim - Firuzə İbadova

Onun vəfatından sonra bu qərarı verdim - Firuzə İbadova

Müslüm Cabbarzadə nazir müavini TƏYİN OLUNDU

Müslüm Cabbarzadə nazir müavini TƏYİN OLUNDU

Rusiyanın Karapetyanı dəstəkləməsi xəbərlərinə Moskvadan REAKSİYA – ÖZƏL

Rusiyanın Karapetyanı dəstəkləməsi xəbərlərinə Moskvadan REAKSİYA – ÖZƏL

Alkoqolsuz içkilərin emalı müəssisəsində pozuntular aşkarlandı – FOTO

Alkoqolsuz içkilərin emalı müəssisəsində pozuntular aşkarlandı – FOTO

İtaliyada banka HÜCUM – 20-yə yaxın şəxs girov götürüldü – VİDEO

İtaliyada banka HÜCUM – 20-yə yaxın şəxs girov götürüldü – VİDEO

ABŞ generalından İrana XƏBƏRDARLIQ – “Blokadanı yarmağa cəhd etsələr...” – VİDEO

ABŞ generalından İrana XƏBƏRDARLIQ – “Blokadanı yarmağa cəhd etsələr...” – VİDEO

Bibiheybət yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ – VİDEO

Bibiheybət yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ – VİDEO

Kürdə TƏHLÜKƏ: Su evlərin həyətlərinə doldu – FOTO

Kürdə TƏHLÜKƏ: Su evlərin həyətlərinə doldu – FOTO

Sahibə Qafarova Simonyanla GÖRÜŞDÜ

Sahibə Qafarova Simonyanla GÖRÜŞDÜ

Qida rasionundan bu məhsulları çıxarmaq qorxunc xəstəliklərə SƏBƏB OLUR

Qida rasionundan bu məhsulları çıxarmaq qorxunc xəstəliklərə SƏBƏB OLUR

Ermənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİ

Ermənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİ

Uşaq qidasından qurd çıxması iddiasına şirkətdən AÇIQLAMA

Uşaq qidasından qurd çıxması iddiasına şirkətdən AÇIQLAMA

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü – FOTO

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü – FOTO

3 metrlik qarla MÜBARİZƏ – Quba-Xınalıq yolu nə vaxt AÇILACAQ? – VİDEO

3 metrlik qarla MÜBARİZƏ – Quba-Xınalıq yolu nə vaxt AÇILACAQ? – VİDEO

Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlandı – FOTO

Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlandı – FOTO

Nağıyev pul qazanmağın yeni yolunu tapdı: 2 milyonluq təlim KEÇƏCƏK

Nağıyev pul qazanmağın yeni yolunu tapdı: 2 milyonluq təlim KEÇƏCƏK

İTV-nin baş direktoru vəzifəsinə namizədlər üçün sənəd qəbulu ELAN EDİLƏCƏK

İTV-nin baş direktoru vəzifəsinə namizədlər üçün sənəd qəbulu ELAN EDİLƏCƏK

Köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas edildi – VİDEO

Köməksiz vəziyyətdə qalan azyaşlı belə xilas edildi – VİDEO

Azərbaycan və Rusiya arasında mühüm sənədlər İMZALANDI – FOTO

Azərbaycan və Rusiya arasında mühüm sənədlər İMZALANDI – FOTO

ABŞ hərbi qüvvələri Suriyanı belə tərk etdi – VİDEO

ABŞ hərbi qüvvələri Suriyanı belə tərk etdi – VİDEO

End of content

No more pages to load

RADİO