Azərbaycan və Qambiya XİN-ləri arasında MÜHÜM İCLAS - FOTO

Qambiyanın paytaxtı Bancul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, siyasi məsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qambiya Prezident Aparatının rəhbəri Aliyu Lum ilə nəzakət görüşü baş tutub.

Görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub.

Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.
 

Tərəflər siyasi məsləhətləşmələrin ilk iclasının diplomatik əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar.


Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyinin birinci daimi katibi və nazirliyin diplomatik xidmətinin rəhbəri Lanq Yabunun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların daha səmərəli istifadəsinin vacibliyi vurğulanıb, xüsusilə iqtisadi, ticarət, təhsil, turizm, enerji və iqlim dəyişmələrinə qarşı mübarizə sahələri üzrə əməkdaşlıq istiqamətlərində müvafiq addımların atılmasının əhəmiyyəti qeyd olunub.

Bununla yanaşı, Qambiyada insan kapitalının inkişafına Azərbaycanın verdiyi töhfələr və humanitar sahədə uğurla həyata keçirilmiş layihələr alqışlanaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinə maraq ifadə edilib. Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İƏT və QH çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunublar.

Eyni gündə, Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin meri Rohey Malik Lov ilə görüşüb.

Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəşidə Rəşiddən teatrdakı qalmaqalla bağlı paylaşım

Rəşidə Rəşiddən teatrdakı qalmaqalla bağlı paylaşım

Azərbaycanda internet provayderləri üçün tələblər sərtləşdirilir

Azərbaycanda internet provayderləri üçün tələblər sərtləşdirilir

"Dünyanın ən gözəl qızıdır" - İndi 25 yaşı var - FOTOlar

"Dünyanın ən gözəl qızıdır" - İndi 25 yaşı var - FOTOlar

İmtahan nəticələri AÇIQLANDI

İmtahan nəticələri AÇIQLANDI

Evdə kağız dəsmal istifadə edərkən bir daha düşünün

Evdə kağız dəsmal istifadə edərkən bir daha düşünün

Bakıda keçirilən məşhur toyla bağlı daha bir detal ortaya çıxdı

Bakıda keçirilən məşhur toyla bağlı daha bir detal ortaya çıxdı

Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO

Rəsmilər Qubada sürüşmə zolağında: Alternativ yol çəkiləcək – FOTO

Litvanın Baş naziri Azərbaycana səfərə gəldi - FOTO

Litvanın Baş naziri Azərbaycana səfərə gəldi - FOTO

Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?

Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?

Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

Tramp: "Bu, ayrı bir toqquşmadır"

Tramp: "Bu, ayrı bir toqquşmadır"

Livanda bugünkü hücumlar zamanı 89 nəfər ölüb, 700 nəfər yaralanıb – VİDEO

Livanda bugünkü hücumlar zamanı 89 nəfər ölüb, 700 nəfər yaralanıb – VİDEO

DİQQƏT! Sabah Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Vəzifəsindən ayrılan Qalib Qasımovdan ilk AÇIQLAMA – FOTO

Vəzifəsindən ayrılan Qalib Qasımovdan ilk AÇIQLAMA – FOTO

Yunanıstan da uşaqların sosial şəbəkələrdən istifadəsini QADAĞAN EDİR

Yunanıstan da uşaqların sosial şəbəkələrdən istifadəsini QADAĞAN EDİR

Ceyhun Bayramovla Əraqçinin telefon danışığının DETALLARI AÇIQLANDI

Ceyhun Bayramovla Əraqçinin telefon danışığının DETALLARI AÇIQLANDI

Ərdoğanla Tramp DANIŞDI: Nələr müzakirə olundu?

Ərdoğanla Tramp DANIŞDI: Nələr müzakirə olundu?

Zamirə Ədilova vəzifəsindən ayrıldı – FOTO

Zamirə Ədilova vəzifəsindən ayrıldı – FOTO

Azərbaycan və Qambiya XİN-ləri arasında MÜHÜM İCLAS - FOTO

Azərbaycan və Qambiya XİN-ləri arasında MÜHÜM İCLAS - FOTO

Fərid Şahbazlı: “Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirir”

Fərid Şahbazlı: “Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirir”

Qalib Qasımov vəzifəsindən azad olundu – FOTO

Qalib Qasımov vəzifəsindən azad olundu – FOTO

Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu AÇIQLADI

Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu AÇIQLADI

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək? – RƏSMİ

Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək? – RƏSMİ

End of content

No more pages to load

RADİO