Prezident İlham Əliyev "Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" 1 may 1995-ci il tarixli sərəncamında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, kollegiyaya DGK-nın aparat rəhbəri daxil edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin aparat rəhbəri Kənan Əsədovdur.
Bizim.Media