“İki həftəlik ABŞ-İran atəşkəsi Livana şamil edilmir”.
Bizim.Media “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
"İki həftəlik atəşkəs Livana şamil edilmir", - ofisin açıqlamasında qeyd edilib.
Məlumatda bildirilib ki, Pakistan Baş naziri Şahbaz Şərifin Livan və digər yerlər də daxil olmaqla atəşkəsin dərhal qüvvəyə minəcəyini açıqlamasına baxmayaraq, İsrailin Livanın şiə hərəkatı Hizbullaha qarşı əməliyyatlarına son qoyulacağına dair heç bir əlamətin olmadığı vurğulanıb.
Bizim.Media