ABŞ Azərbaycanı və onun Avropanın enerji təhlükəsizliyini təmin edən qaz təchizatçısı kimi rolunu yüksək qiymətləndirir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı olduğunu nümayiş etdirib.
Səfir xatırladıb ki, fevralın 4-də Bakıda onun da iştirak etdiyi “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərin 8-ci iclası keçirilib.
Bizim.Media