NATO Rusiyaya verdiyi hansı vədlərə əməl etməyib? – Tofiq Abbasovun ŞƏRHİ

Son həftələrdə bütün dünyanın diqqət mərkəzində olan Ukrayna böhranı ətrafında sular durulmaq bilmir. Belə ki, son olaraq Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovla müzakirələri zamanı NATO-nun genişlənməsi məsələsi ilə bağlı da fikir mübadiləsi aparıb. Müzakirələrin önəmli nüanslarından biri də NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasının vacibliyi olub.

Məlumat üçün qeyd edək ki, Keçmiş Varşava müqaviləsinə üzv olan Şərqi və Mərkəzi Avropa ölklərinin mütləq əksəriyyəti 1997-ci ildən sonra Alyansa üzv olub.

Rusiyanın “qırmızı xətt” olaraq görüdüyü NATO-nun genişlənməsi məsələsi ilə bağlı politoloq Tofiq Abbasov Bizim.Media ilə fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Ermənistan sərhədləri bu il açıla bilər – Tofiq Abbasovdan AÇIQLAMA


Politoloqun sözlərinə görə, hələ Qorbaçovun dövründə SSRİ ilə ABŞ arasında NATO ilə bağlı razılaşma əldə olunub:

“Sovet İttifaqı Şərqi Avropadan öz qoşunlarını çıxarır, ancaq NATO bunun müqabilində öz yerində qalır və şərqə doğru hərəkətə keçmir. Çox keçmədi ki, Yeltsin hakimiyyətə gəldikdən sonra bəlli oldu ki, xeyr, NATO öz vədinə əməl etmir, əksinə yavaş-yavaş Şərqə doğru hərəkətə başlayır. Nəticədə təkcə Şərqi Avropa ölkələri deyil, post-sovet ölkələri olan Baltikyanı dövlətlər də NATO-nun üzvü olublar”.

Tofiq Abbasov NATO-nun hal-hazırda da genişlənməyə davam etdiyini diqqətə çatıdırb:

“İndiki şəraitdə biz yenə şahid oluruq ki, NATO şərqə doğru genişlənməyə davam edir. Bu baxımdan, əlbəttə ki, 1997-ci ildə NATO-Rusiya sazişi var idi. Lakin basqı üçün vacib olan odur ki, NATO bu vədinə sadiq qalsın. Həm Ukraynanın, həm Gürcüstanın Alyansa üzv olması məsələsinin gündəmə gətirildiyini görürük”.

Politoloq Rusiyanın narahatlıqlarının və tələblərinin nədən ibarət olduğunu da qeyd edib:

“Rusiyanın narahatlığı ondan ibarətdir ki, strateji silahlar ölkə sərhədləri boyunca yerləşdirilməsin. Çünki bu əks tədbirləri qaçılmaz edəcək. Orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı tərəflər konsensus tapmışdılar. Bütün silahlar yerindən təpənməli deyil. NATO isə Rusiya sərhədlərinə doğru gəlməyə çalışır.

Belə olan halda, Rusiyanın sərt tələbləri önə çıxarır. Ukrayna Alyansa üzv qəbul olunsa Rusiya cavab tədbirləri görməyə məcbur olacaq. Doğrudur, ABŞ-ın Kiyevlə Moskvanı toqquşdurmaq niyyətinə şahid oluruq. Bu ən arzuolunmaz ssenaridir. Çünki bu dünya müharibəsi üçün leytmotiv rolunu oynaya bilər”.

Tofiq Abbasov gərginliyin azalması üçün 2 mühüm şərti vurğulayıb:

Birincisi, beynəlxalq diplomatiya çalışmalıdır ki, Kiyev-Moskva dialoqu davam etsin.

İkincisi, ABŞ NATO-nun insturmentlərinin işlək vəziyyətdə olmasına şərait yaratmasın.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Sterlinqin yeni klubu BİLİNDİ

Sterlinqin yeni klubu BİLİNDİ

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

End of content

No more pages to load

RADİO