Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycan vasitəsilə dəmir yolu yükdaşımalarının bərpasına görə minnətdarlığını ifadə edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə martın 11-də Avropa Parlamentində çıxışı zamanı bəyan edib.
Paşinyanın sözlərinə görə, müstəqilliyin əldə edilməsindən bəri ilk dəfə 2025-ci ilin noyabrında yük qatarı tranzitlə Azərbaycan və Gürcüstandan keçərək Ermənistana çatıb:
"Təkrar edirəm, bu, 1991-ci ildən bəri ilk dəfə baş verib. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Azərbaycan Prezidentinə belə bir qərara görə minnətdaram".
O əlavə edib ki, Ermənistan da öz növbəsində Azərbaycandan Türkiyəyə və əks istiqamətdə yüklərin tranzitini təmin etməyə hazır olduğunu elan edib:
"Bunu biz mövcud yol şəbəkəmiz vasitəsilə edə bilərik".
Bizim.Media