2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz

İngiltərə və İsveç mümkün müharibə, kiberhücum və ya kəskin hava şəraiti zamanı əhalisini qidalandıra bilməyəcəyi təhlükəsi ilə üz-üzədir. İsveçdə vəziyyət daha narahatvericidir; ölkədə bir günlük belə təcili ehtiyat yoxdur.

Bizim.Media xəbər verir ki, mümkün fövqəladə hallarda İngiltərə və İsveçdə ərzaq təchizatı ilə bağlı ciddi böhran yaşana biləcəyi xəbərdarlığı edilib. 
 

Ekspertlər hər iki ölkənin özünü təminetmə səviyyəsinin aşağı olması səbəbindən "müdafiəsiz" qaldığını bildirərək, hökumətləri təcili strateji ehtiyatlar yaratmağa və yerli istehsalı artırmağa çağırırlar.


London Universiteti "City St George's"un qida siyasəti üzrə mütəxəssisi Professor Tim Lang, İngiltərənin hazırkı mənzərəsini "pis görünür" sözləri ilə xarakterizə edib.

2021-ci ilin hesabatına görə, Birləşmiş Krallıq ərzaq məsələsində özünü yalnız 54% təmin edə bilir.

Uzun illərdir "maksimum səmərəlilik" adı altında kiçik anbarlar və sürətli çatdırılma üzərində qurulan sistem ölkəni kövrək hala gətirib. Başqa ölkələrin hər zaman tədarük edə biləcəyi fərziyyəsi artıq bir zəifliyə çevrilib.

Bənzər vəziyyət İsveçdə də yaşanır. Ölkənin özünü təminetmə səviyyəsi təxminən 50% civarındadır.

Nələr istehsal olunur? Taxıl, şəkər çuğunduru, yerkökü və yumurta istehsalında tələbat ödənilsə də; meyvə, tərəvəz, pendir və ət məsələsində ölkə idxaldan asılıdır.

İsveç 1990-cı illərin əvvəllərində Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar hazır qida ehtiyatı toplamağı dayandırıb və hazırda ölkənin heç bir fövqəladə vəziyyət fondu yoxdur. İdxaldan hədsiz asılılıq iqlim dəyişikliyi ilə yeni risklər yaradır.

Birləşmiş Krallıq meyvə ehtiyacının 80%-dən çoxunu, tərəvəzin isə yarısından çoxunu İspaniya və Şimali Afrikadan alır. 2023-cü ildə həmin bölgələrdəki kəskin hava şəraiti artıq İngiltərə supermarketlərində təzə tərəvəz qıtlığına səbəb olmuşdu.
 

Proqnozlara görə, 2050-ci ilə qədər gətirilən meyvələrin yarısı iqlim cəhətdən riskli ölkələrdən tədarük edilmək məcburiyyətində qalacaq.


Müqayisə üçün qeyd olunur ki, İsviçrə kimi bəzi ölkələr böhran anları üçün bütün əhalini 3 ay boyunca qidalandıra biləcək strateji ehtiyatlar saxlayır və bu müddəti 1 ilə çatdırmağı planlaşdırır.

Professor Lang sistemin yenidən qurulmasını və ərzaq təhlükəsizliyi haqqında xüsusi qanun qəbul edilməsini tələb edir. O, bildirir ki, yerli istehsalı artırmaq millətçilik deyil, sadəcə insanların aclıqdan qorunması üçün zəruridir.(milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıq ustad dərsləri keçirilib - FOTO/VİDEO

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıq ustad dərsləri keçirilib - FOTO/VİDEO

43 il toxunmadığı maşınını 65 min avroya satdı

43 il toxunmadığı maşınını 65 min avroya satdı

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə REAKSİYA

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə REAKSİYA

İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR

İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

Boşanmadan da aliment tələb etmək mümkündür – HÜQUQİ İZAH

Boşanmadan da aliment tələb etmək mümkündür – HÜQUQİ İZAH

Qızılın qiyməti AÇIQLANDI

Qızılın qiyməti AÇIQLANDI

Roberto Karlosdan İslamı qəbul etməsi iddialarına REAKSİYA

Roberto Karlosdan İslamı qəbul etməsi iddialarına REAKSİYA

7 ayda 25 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin edilib – RƏSMİ

7 ayda 25 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin edilib – RƏSMİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Qəfil zəng, təsadüfi görüş...Bu bürcləri sürprizlərlə dolu imkanlar gözləyir

Qəfil zəng, təsadüfi görüş...Bu bürcləri sürprizlərlə dolu imkanlar gözləyir

Şəkidə AĞIR QƏZA – Yaralanan var – FOTO

Şəkidə AĞIR QƏZA – Yaralanan var – FOTO

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

End of content

No more pages to load

RADİO