İlham Əliyev birinci xanımla Ağcabədidə yeni hərbi şəhərciyin açılışında – FOTO

0:00
0:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlə xanımı Ağdamda açılışlarda iştirak etdilər - FOTO


Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Vilayət Eyvazov bildirib ki, ərazisi 6,2 hektar olan hərbi şəhərciyin inşasına 2019-cu ilin sentyabrında başlanılıb. Tikinti işləri ötən ilin noyabrında uğurla başa çatdırılıb.

Qeyd olunub ki, hərbi şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib.

Binalar zəruri mebel və inventarla təmin edilib, ehtiyat elektrik təchizatı mənbəyi olaraq generator və stabilizator qurğuları quraşdırılıb. Şəhərciyin daxilində və ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Prezident, Ali Baş Komandan hərbi şəhərcikdə qərargah, əsgər yataqxanaları, tibb məntəqəsi və yeməkxana ilə tanış olub.

Diqqətə çatdırılıb ki, şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və hərbi texnikaya baxıb.

Qeyd edək ki, Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edir.


Daxili Qoşunların xüsusi təyinatlıları Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Sterlinqin yeni klubu BİLİNDİ

Sterlinqin yeni klubu BİLİNDİ

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

End of content

No more pages to load

RADİO