Azərbaycan Baş nazirinin müavini, Azərbaycan–İran iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev bu gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Telefon danışığı zamanı Şahin Mustafayev İranın ali dini liderinin və ölkənin çoxsaylı vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı ifadə edib.
Söhbət zamanı tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın son iclasında əldə olunmuş razılaşmaların icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin zəruri koordinasiya məsələlərini müzakirə ediblər.
Bizim.Media