“Qanuna edilən dəyişikliyə görə, mədəniyyət yox, mədəni və yaradıcı sənaye sözünün yazılması mənə anlaşılmaz gəldi. İngiliscədən düşünülsəydi, başa düşülən olardı. Mənə elə gəlir ki, mədəniyyət və yaradıcılıq sənayesi daha doğrudur, nəinki mədəni və yaradıcı sənaye”.
Bizim.Media xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisdə müzakirə edilən “Mədniyyət haqqında” Qanuna edilən dəyişikliyə münasibət bildiriərkən deyib.
Deputatın iradını haqlı sayan Milli Məclisin sədr müavini Rəfael Hüseynov deyib ki, sözün sonuna əlavə edilən “i” şəkilçisi Azərbaycan dilinin qrammatik təbiətinə uyğun deyil:
“Mədəni sənaye deyil, mədəniyyət sənayesi, mədəni yaradıcılıq yox, mədəniyyət yaradıcılığı olmalıdır. Çünki mədəni yaradıcılıq deyəndə bunun dilimizdəki məna çalarları da ortalığa çıxmağa başlayır. Əslində, Milli Məclis yox, Millət Məclisi olmalıdır”.
Günay Şahmar, Bizim.Media