Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?

Azərbaycan Prezidenti Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.

 

"Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əmək haqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.



Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.

Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur", - o bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla bağlı qərarı mən verirəm, razılıq əldə olunmasa…”

Tramp: “İranla bağlı qərarı mən verirəm, razılıq əldə olunmasa…”

"Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI

"Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

NATO və Rusiya arasında qarşılıqlı NÜVƏ TƏHDİDİ – XXI əsrin “Karib böhranı” Baltik dənizində BAŞ VERƏCƏK?

NATO və Rusiya arasında qarşılıqlı NÜVƏ TƏHDİDİ – XXI əsrin “Karib böhranı” Baltik dənizində BAŞ VERƏCƏK?

Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"

Azər Axşam: "Bu gün televiziyaya dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"

Amnistiya aktı neçə nəfərə şamil edilib?

Amnistiya aktı neçə nəfərə şamil edilib?

"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı

"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı

İranda helikopter qəzaya uğradı – FOTO/VİDEO

İranda helikopter qəzaya uğradı – FOTO/VİDEO

Bu həftə üç bürcün həyatı tamamilə dəyişəcək

Bu həftə üç bürcün həyatı tamamilə dəyişəcək

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirdi – FOTO

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirdi – FOTO

Çempionlar Liqasında pley-off: Cavab oyunlarına start verilir

Çempionlar Liqasında pley-off: Cavab oyunlarına start verilir

Baş Prokurorluq: “Böyükağa Abdullayevin səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”

Baş Prokurorluq: “Böyükağa Abdullayevin səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır”

Milyarderlər ən çox bu ölkələrdə yaşayır - SİYAHI

Milyarderlər ən çox bu ölkələrdə yaşayır - SİYAHI

Şəmşad Ağaya daha bir İTKİ

Şəmşad Ağaya daha bir İTKİ

Əməkdar jurnalist dünyasını dəyişdi

Əməkdar jurnalist dünyasını dəyişdi

Ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb oldular – ANBAAN VİDEO

Ara məsafəsi saxlamayan sürücülər qəzaya səbəb oldular – ANBAAN VİDEO

Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO

Masazırda bitməyən təmir “MÖVSÜMÜ” – Qəsəbənin yolları nə vaxt düzələcək? – VİDEO

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir - VİDEO

Xırdalanda yaşlı kişi avtobus dayanacağında gecələyir - VİDEO

Ən hiyləgər BÜRCLƏR

Ən hiyləgər BÜRCLƏR

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Neftimiz BAHALAŞDI

Neftimiz BAHALAŞDI

Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar təqaüd alacaq

Azərbaycanlı şagirddən MÖHTƏŞƏM UĞUR - 82 min dollar təqaüd alacaq

Dörd ilin UĞURSUZLUĞU: Müharibə Rusiyanı necə təcridə və tənəzzülə sürüklədi?

Dörd ilin UĞURSUZLUĞU: Müharibə Rusiyanı necə təcridə və tənəzzülə sürüklədi?

Oğuzda avtomobil işıq dirəyinə çırpıldı - 3 yaralı var – FOTO

Oğuzda avtomobil işıq dirəyinə çırpıldı - 3 yaralı var – FOTO

End of content

No more pages to load

RADİO