MM komitə sədri: “Ramiz Mehdiyevin çıxışı birbaşa dövlət siyasətinin əleyhinədir”

“Akademiyanın prezidenti, uzun illər siyasi fəaliyyət göstərən Ramiz Mehdiyevin dağıdıcı, marjinal, seçkilərdə uduzmuş bir qrupun leksikonu ilə çıxış etməsi onun özünün də marjinallaşması anlamına gəlməkdədir. Dövlətin Təhlükəsizlik Şurasının üzvünün Milli Məclisinin deputatlarını “trol”, “saxta” adlandırması heç bir siyasi məntiq və təcrübəyə, dövlətçiliyə sığmır və biz buna görə çox təəssüf edirik”. 

Bizim.Media “apa”ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. 

T. Mirkişili deyib ki, tarixdə parlament, deputatlar haqqında bu cür düşünənlər, danışanlar hər zaman olub:

“İtaliya diktatoru, faşist Benito Mussolini demişdi ki, İtaliyanın xilası naminə bir neçə deputatı güllələmək lazım olduğuna həmişə əmin olub. Sonda Mussolinin özünü xalq güllələdi və İtaliyanı xilas etdi. Amma onlar hər zaman yanılıblar və uduzublar. Parlament cəmiyyətdə hər zaman tənzimləyici funksiya daşıyıb. Parlament cəmiyyətin güzgüsüdür. Cəmiyyətin sağlam qüvvələrini düşündürən məsələlər, onları narahat edən nüanslar deputatlar tərəfindən dilə gətirilir.

Cəmiyyət bir çox hallarda bunu görə bilməsə də, demək olar ki, bütün məsələlər barədə daxili müzakirələr aparılır, dövlətin güclənməsi, insanların maddi-rifah halının, sosial yaşayış tərzinin inkişafı üçün parlamentdə daim iş aparılır.

Prezident 10 mart 2020-ci ildə Milli Məclisdə çıxışında bildirib ki, Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayıblar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirib. Dövlət və dövlətçilikdən daim yana olan ali dövlət qurumu haqqında, onun üzvü olan deputatlar haqqında “trol”, “saxta” kimi aşağılayıcı terminlərdən istifadə etməyin tək məqsədi ali dövlət orqanını gözdən salmaq, parlamentin cəmiyyətdəki tənzimləyici funksiyasını pozmaq, dövlətçiliyi zədələmək və son nəticədə vətəndaşları fəlakətə sürükləməkdir.

Bu, birbaşa dövlət siyasətinin əleyhinə olmaqdır. Biz bu fikir ssenarilərinin son nəticədə nəyə nail olduqlarını bir neçə ölkədə gördük.

Bu çox təhlükəli bir ssenaridir və çox dağıdıcı bir fikirdir. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumatda bu termin və fikirlərə rast gəlinməsi bizi çox təəccübləndirdi və təəssüfləndirdi.
İstənilən bir sağlam tənqid inkişafın və təkamülün xeyrinədir. Sağlam tənqiddən nəticə çıxarmaq, ictimai fikirlə hesablaşmaq xalqını və dövlətini düşünən hər bir kəsin milli vəzifəsidir. Amma bunun əksinə, sağlam tənqidçıləri, sağlam və düzgün yol göstərənləri təhqir etmək, onları aşağılamaq heç kimə uğur gətirməyib və bu halda da gətirməyəcək. Bu yolun sonu faciədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Maska geyinib qonşusunun evinə basqın etdi, qadının başına vurub pullarını aldı

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Dini məsələlərlə bağlı çağrı mərkəzi YARADILDI

Sterlinqin yeni klubu BİLİNDİ

Sterlinqin yeni klubu BİLİNDİ

Eyni pəhriz, fərqli nəticələr

Eyni pəhriz, fərqli nəticələr

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Türk serialında yenə musiqimiz səsləndi, bu dəfə milli rəqslə - VİDEO

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Lökbatanda yanğında 3 nəfər ZƏHƏRLƏNDİ

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

Millimizin Millətlər Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

End of content

No more pages to load

RADİO