Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında və ondan əvvəlki bir dövrdə Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O, qeyd edib ki, sentyabrda böyük bir konfransda iştirak edəcək.
Vuçiç vurğulayıb ki, Azərbaycan isə öz növbəsində Serbiyada keçiriləcək "EXPO 2027"də iştirakını təsdiqləyib.
Bizim.Media