Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəliblər.
Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, görüşdə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib.
Müzakirələr zamanı 8 avqust 2025-ci il tarixində Vaşinqton sammitində müəyyən edilmiş sülh gündəliyindən irəli gələn məsələlər, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu geniş şəkildə müzakirə olunub.
Bizim.Media