Xəbər verdiyimiz kimi, ötən gecə Bakıda Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb. Bu, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri münasibətilə həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu addım iki ölkə arasında möhkəmlənən strateji tərəfdaşlığı, dostluğu və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair ortaq öhdəliyi simvolizə edir.

Bizim.Media